Qafqazın ən böyük şəhərindən dağlar qoynuna uzanan səfər
İstər şərab zavodlarına səfər etmək, istər tarixi abidələri araşdırmaq, istərsə də yerli yeməkləri dadmaq, yaxud Qafqaz dağlarında gəzintiyə çıxmaq olsun - Bakı və Balakən arasındakı marşrut hər kəs üçün maraqlı olacaq. Cazibədar Şəki şəhərində İpək yolu atmosferini hiss edə, ucqar dağ kəndlərində qədim sənətkarlıq nümunələri ilə tanış ola, Qəbələdə dağ meşələrində ağacların arasında gizlənmiş göl və şəlalələri özünüz üçün kəşf edə və açıq hava fəaliyyətlərindən həzz ala bilərsiniz.