müddəalar və şərtlər

Müddəalar və şərtlər

Cari “Müddəalar və şərtlər” http://azerbaijan.travel/ veb-saytından (bundan sonra “veb-sayt”) istifadəni ehtiva edir və veb-sayta daxil olmaqla “Müddəalar və şərtlər”i tam şəkildə qəbul etdiyinizi təsdiqləmiş olursunuz. Azərbaycan Turizm Bürosu (bundan sonra “ATB”) istənilən zaman cari “Müddəalar və şərtlər”i dəyişə bilər. Bu zaman istifadəçilər yenilənmiş “Müddəalar və şərtlər”ə əməl etməlidirlər.

 

Əqli mülkiyyət hüquqları

Veb-sayt ATB-nin mülkiyyətindədir. Veb-saytdakı bütün yazılı və qrafik məlumatlar və materialların, həmçinin əmtəə nişanlarının (loqolar) (bundan sonra ümumi şəkildə “Məzmun”) müəllif hüquqları ATB-yə məxsusdur, yaxud ATB qeyd edilən məzmunların lisenziyasına malikdir. Məzmun Azərbaycan Respublikasının və həmçinin xarici yurisdiksiyaların müəlliflik hüququ və əlaqəli hüquqlar, əmtəə nişanları, sənaye mülkiyyəti və əqli mülkiyyət sahəsində digər qanunvericilik aktları çərçivəsində, həmçinin beynəlxalq konvensiyalara əsasən qorunur.

Veb-saytda təqdim olunan Məzmun yalnız şəxsi istifadə üçündür və məzmunun kommersiya məqsədləri üçün hər hansı digər istifadəsi qadağandır. Məzmunun ATB-nin əvvəlcədən yazılı razılığı olmadan ticari məqsədlər üçün nüsxələrinin çıxarılması, çoxaldılması və ya başqa bir şəkildə yayılması qadağandır.

Veb-saytdakı müəlliflik hüququ haqqında qanunlarla qorunan Məzmun materialları yalnız müəlliflərin və ya müəlliflik hüquqları sahiblərinin tələb etdiyi şərtlərə və öhdəliklərə uyğun olaraq yenidən çoxaldıla və yayıla bilər. Bu cür qorunan materiallar müəlliflik hüquqlarına uyğun olaraq təhsil, araşdırma, xəbərlər və hesabat kimi qeyri-kommersiya məqsədləri üçün istifadə edildiyi təqdirdə, mənbə göstərilməli və vicdanla istifadə edilməlidir.

 

Qadağalar

İstifadəçilərin aşağıdakı fəaliyyəti xüsusən qadağan edilir:

  • hər hansı Məzmun materialının satışı və ya digər kommersiya fəaliyyətində istifadəsi;
  • Məzmun materiallarından ATB-nin maraqlarına zərər vuran və ya zərər vura biləcək hər hansı bir şəkildə istifadə;
  • istifadəçilərin veb-saytdan istifadəsinə zərər vuran hər hansı bir şəkildə istifadə;
  • veb-saytdan müvafiq qanun və qaydalara zidd olaraq və ya hər hansı formada veb-sayta, istənilən şəxsə və ya sahibkarlıq subyektinə zərər vura biləcək şəkildə istifadə;
  • veb-saytla əlaqəli istənilən məlumatların çıxarılması, toplanması, ötürülməsi və ya digər oxşar fəaliyyətlər;
  • hər hansı reklam və ya marketinq fəaliyyəti ilə məşğul olmaq üçün veb-saytdan istifadə.

 

Şəxsi məlumatların qorunması

ATB bu veb-saytı ziyarət edən şəxslər barədə ancaq onların kimliyini müəyyən etməyə imkan verməyən məlumatları və yalnız statistik məqsədlər üçün məlumat toplamaq hüququnu özündə saxlayır. İstifadəçilər şəxsi məlumatlarını bizə etibar etdikdə, ATB müvafiq qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olaraq şəxsi məlumatların məxfiliyinə zəmanət verir. İstifadəçilər tərəfindən bizə həvalə olunan məlumatlar üçüncü tərəflərə və ya müvəkkil olunmamış şəxslərə açıqlanmayacaq və yalnız verilmiş məqsəd üçün istifadə ediləcəkdir (ziyarətçilərin şəxsi məlumatlarının necə qorunması barədə daha çox məlumat üçün Məxfilik Siyasətinə baxın).

Bu veb saytın düzgün işləməsini təmin etmək üçün kukilərdən istifadə olunur (daha çox məlumat üçün Kukilər Siyasətinə baxın).

 

İmtina

ATB veb-saytın ziyarət edilməsi və ya hər hansı istifadəsi nəticəsində yaranan texnoloji avadanlıq, cihaz və ya tətbiqlərə dəyən ziyana görə heç bir məsuliyyət daşımır.

ATB veb-saytda dərc edilmiş hər hansı Məzmunun düzgünlüyünü və dolğunluğunu təmin etməyi öhdəsinə götürür, lakin ATB veb-saytdakı Məzmununun və ya onun hər hansı hissəsinin düzgünlüyünə, tamlığına və ya istifadəsinə dair heç bir hüquqi məsuliyyət daşımır.

ATB veb-saytın Məzmununu istənilən vaxtda, istənilən formada, səbəbindən asılı olmayaraq və əvvəlcədən xəbərdarlıq etmədən yeniləmək hüququna malikdir və bu cür yeniləmələrin hər hansı nəticələrinə görə heç bir məsuliyyət daşımır.

Azərbaycanın turizm potensialı haqqında hərtərəfli məlumat vermək üçün bu veb-sayt digər veb-saytlar, fərdi səhifələr və ya digər mənbələr kimi fərqli xarici ünvanlara bağlantıları ehtiva edir. ATB xarici bağlantılara giriş, onlardakı məzmun və ya səhvliklər üçün heç bir məsuliyyət daşımır və həmin xarici bağlantılarda məxfilik və şəxsi məlumatların qorunması üçün cavabdeh deyil.

 

Zərərin ödənilməsi

İstifadəçilər ATB-ni bu “Müddəalar və şərtlər”in hər hansı müddəa(lar)sının pozulmasından ortaya çıxan hər hansı və/yaxud bütün məsuliyyətdən, maliyyətdən, tələblərdən, nəticələrdən, zərərdən və xərclərdən tam azad etməyə razılıq verirlər.

         

Tətbiq olunan qanunvericilik və yurisdiksiya

Bu “Müddəalar və şərtlər” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir və tövsif olunur və bu “Müddəalar və şərtlər”dən irəli gələn mübahisələr Azərbaycan Respublikasının məhkəmələrində həll ediləcəkdir.

 

         

xəbər bülletenimizə abunə olun