milli xalçalarımızlatanışlıq
Dənizkənarı Bulvarda yerləşən və ölkəmizin müasir memarlıq möcüzələrindən sayılan Xalça Muzeyinin binası bükülmüş xalçanı xatırladır. Dünyanın ən böyük xalça kolleksiyalarından biri (6 000-dən çox) məhz burada qorunur. Azərbaycan xalçaçılıq sənətinin zəngin ənənələrlə dolu sirli dünyasına səyahət sizdə unudulmaz təəssürat doğuracaq. Muzeyin nəfis və incə zövqlə tərtib edilmiş stendlərində xalçaların necə toxunduğunu canlı olaraq izləmək, bu qədim el sənətinin tarixinə bir daha baxıb, ətraflı bilgi almaq və Azərbaycanın yeddi xalçaçılıq məktəbinə məxsus yüzlərlə əl işini müqayisə etmək mümkündür. Birinci mərtəbədə sizi maraqlı suvenirlərin satıldığı kiçik mağaza da gözləyir.