rəngarəng kəlağayılarınhazırlanma master-klasları
Azərbaycanın kəlağayı sənətinin vətəni, gözoxşayan Basqal kəndində qədim İpək yolu ab-havası hələ də hiss olunur. Kəlağayı Azərbaycanda qadınların istifadə etdiyi gözoxşayan baş örtüyüdür. Qadınların yaşını onların başlarına örtdükləri kəlağayıların rəngindən müəyyənləşdirmək olardı. Keçmişdə kənddəki hər evdə ipəkçilik və kəlağayı istehsalı ilə məşğul olurdular və bu sənətin sirləri nəsildən-nəslə ötürülürdü. Bununla belə, Sovet dövründə bu sənət yox olmaq təhlükəsi ilə qarşı-qarşıya idi. 2000-ci illərin əvvəllərində Basqalda kəlağayı fabrikinin əsasının qoyulmasından sonra bu qədim el sənəti inkişaf etməyə başladı. Həmin vaxtdan etibarən yeni nəsil dizaynerlərin yaradıcılığı sayəsində qədim kəlağayılar sanki ikinci həyatını yaşamağa başladı. Getdikcə müasir gənc qızlar da həvəslə kəlağayı örtürlər. Basqalın çay daşları ilə döşənmiş küçələrində gəzintiyə çıxdıqdan sonra “Kəlağayı” İpək Mərkəzində bu ənənəvi Azərbaycan örtüsünün toxunması üzrə master-klaslara qoşula bilərsiniz.
Əlavə məlumat üçün:
Tel.: +994 51 484 82 47; +994 50 750 00 36