İlisu – Qaşqaçay marşrutu üzrə haykinq

Marşrut İlisu kəndindən başlayır, meşə və yaylaqlardan keçərək Qaşqaçayın sahilində başa çatır.

İlisu – Qaşqaçay marşrutuüzrə haykinq

İlisu – Qaşqaçay marşrutu

Marşrut İlisu kəndindən başlayır, meşə və yaylaqlardan keçərək Qaşqaçayın sahilində başa çatır. 300 il eyniadlı sultanlığın mərkəzi olmuş İlisu kəndi bir neçə məhəllədən ibarətdir. Kəndin ən məşhur abidələri Ulu körpü və Ulu məscid 17-18-ci əsrlərə aid edilir. Qaşqaçaya qədər davam edən yürüş uzun, fiziki cəhətdən yorucu, bəzi hissələrdə sərt enişli-yoxuşludur. Cığırlar hər yerdə aydın sezilir və tam işarələnib.

Xəritəni yükləyin

MƏSAFƏ: 16 KM

YOXUŞ: 1450 M

ENİŞ: 1600 M

MAKS. HÜNDÜRLÜK: 2280 M

MİN. HÜNDÜRLÜK: 1020 M

MÜDDƏT: 9 SAAT 10 DƏQ

 

Başlanğıc nöqtəsindən işarələri izləyərək əsas cığırla davam edin. 600 m irəlidə Şamil qalasına çatdıqdan sonra sola yuxarı doğru sirtlə davam edən cığır kolluq və seyrək meşəlikdən keçib 1 km irəlidə açıqlığa çıxır. Daha sonra cığırla qarşıda görünən dağa doğru sola tərəf yamacla köndələn davam edin. Cığır 2 km irəlidə iki dağın arasına doğru sağa dik dolayı qalxmağa başlayır və 1 km irəlidə 2 280 m yüksəklikdə aşırımda marşrutun ən yüksək nöqtəsinə çatır. Burada çardaqlı və kiçik sığınacağı olan çoban alaçığı var. 

Buradan müxtəlif istiqamətlərə cığırlar ayrılır. Qaşqaçaya gedən marşrut aşırımdan dik enişli dolayı cığırla 800 m irəlidə qarşıdakı dərəyə düşür. Çoban alaçığının yanından keçdikdən sonra köndələn, az yoxuşlu cığır 1,5 km irəlidə yenidən dağlara qalxır. İrəlidə kiçik taxta sığınacağı olan daha bir çoban alaçığı var. Ardınca cığır dağların başı ilə əsasən sağ yamacla davam edərək, 4,5 km irəlidə daha bir çoban alaçığına çatır. 

Buradan sol tərəfdəki meşəyə düşən cığır 3,5 km irəlidə açıqlığa çıxır və bir az irəlidə bir cığır sağa – Armudlu kəndinə ayırılır. Əsas cığır düzünə davam edərək 1 km irəlidə Qaşqaçay çayına düşür. Sel gəlmədiyi müddətcə çayı addımla keçmək olar. Bu çayı keçib, nişanları izləyərək, kəndin mərkəzi yoluna çıxacaqsınız. Burada Qumux kəndinə gedən marşrutun məlumat lövhəsi ilə tanış ola bilərsiniz.

Ətraf cığırlar
Qaşqaçay kəndindən sonra işarələnmiş marşrutla Şəkinin Qumux kəndinə doğru davam edə bilərsiniz. Beləcə Qax rayonundan Şəki rayonuna keçmiş olacaqsınız. Qumux kəndindən Baş Göynük kəndinə maşınla və ya piyada (7 km), oradan işarələnmiş marşrutla Kiş kəndinə qədər getmək olar. Bu üç ardıcıl marşrutla Qax şəhəri yaxınlığından Şəki şəhəri yaxınlığına qədər dağlarla yürüş etmiş olacaqsınız.

Kişdən “Marxal Resort & Spa” istirahət mərkəzinə keçib orada təklif edilən yolsuzluq maşınları ilə Xan yaylağına çıxa bilərsiniz. Həmin yolla piyada çıxmağa icazə verilmir. Xan yaylağına piyada çıxmaq istədikdə xəritədə bir qədər araşdırma edib, Şəki şəhəri ətrafından yaylağa qalxan cığırları peyk görüntlərindən rahatlıqla seçmək olar. Bu marşrutlar hələlik işarələnməyib və təcrübəsiz haykinq həvəskarlarına tövsiyə edilmir. Şəki şəhərindən Orta Vərəzət kəndinə, oradan isə Baş Kəldək kəndinə meşəiçi, asan cığırlarla qısa yürüşlər etmək olar. Əksər turistlərin diqqətindən yayınan Vərəzət və Baş Kəldək kəndlərindəki qədim alban kilsələri elə yolunuzun üstündə rastınıza çıxacaq.

Mövsüm
May – sentyabr ayları hava şəraiti və günün uzunluğu baxımından ən uyğun vaxtlardır. Nəzərə almaq lazımdır ki, qeyd edilmiş dövrdə bu marşrut boyunca 4-5 yerdə çoban alaçığı olacaq. May və sentyabr aylarında çobanların dağda olub-olmadığını yerli camaatla dəqiqləşdirə bilərsiniz. İtlərlə ehtiyatlı davrandıqda bu çoban alaçıqları isti sığınacaq və ya “məlumat mərkəzi” ola bilər.

Ümumilikdə, il boyunca bu marşrutla getmək mümkün olsa da, qış aylarında daha çox hazırlıq tələb edəcək. Qış, yaz və payız aylarında hava proqnozunu daha diqqətlə yoxlamağınız, qida, geyim, ləvazimat (çadır, yataq kisəsi və s.) hazırlığı görməyiniz vacibdir. Soyuq və qısa qış günlərində bu marşrutu bir günə bitirmək çox çətin və riskli olduğuna görə uyğun çadır hazırlığı görmədən yola çıxmağınız məsləhət görülmür. 

Qida və gecələmə
İlisu kəndində, eləcə də Qaxdan İlisuya gedən yol boyunca kiçik dükanlar, kafe və restoranlar fəaliyyət göstərir. Gecələmək üçün qonaq evləri, hotel və digər yerləşdirmə müəssisələri, eləcə də kafe və restoranların yerini xəritədə tapa bilərsiniz.

Su
Bu marşrutda bulaqlar məhdud saydadır. Cığırın yaxınlığında yalnız iki yerdə bulaq var ki, onlar da azsuludur. Yola düşərkən ən azından adambaşı 1,5 l su götürüb, qənaətlə istifadə etmək, eləcə də hər füsətdə suları doldurmaq lazımdır. Çoban alaçıqlarından su istəmək və ya yaxınlıqdakı bulaqların yerini soruşmaq olar.

Nəqliyyat
Qaxdan İlisuya avtobuslar gedir və avtovağzaldan gündə 5 dəfə yola düşür (07:30; 09:30; 12:00; 14:00; 17:00). Avtobuslara şəhərdaxili dayanacaqlarda da minmək olar. Qaxdan İlisuya taksi ilə də getmək mümkündür (5-6 AZN; “ALO taksi xidməti” +99470 298 9966).

İcazələr və xüsusi mühafizə edilən ərazilər
Bu marşrutla hərəkət etmək üçün öncədən heç bir icazə almaq tələb edilmir. Marşrut xüsusi mühafizə olunan təbiət ərazilərindən, eləcə də sərhəd mühafizə zolağından keçmir və cığır boyunca heç bir yerdə daimi sərhəd mühafizə postu yoxdur. Sərhədçilərlə qarşılaşdıqda sənədləri göstərib, hərəkət marşrutunu izah etmək lazımdır.

Qalereya

İlisu – Qaşqaçay marşrutu

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
8.1°C
Orta:
7.3 – 9.3°C / 45.1–48.7°F

Temperaturu hiss et

Hazırda:
6.1°C
Orta:
4.7 – 10.3°C / 40.5–50.5°F

Külək

Hazırda:
  • Cloudy, showers; chilly
  • Cənub-Şərq
  • sürət 7.4 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

Yerləşdirməvə qida

Göstər:

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

Qaxdadigər fəaliyyət növləri

Dağ balının ünvanı Ləkit Bal Evi
Dağ balının ünvanı Ləkit Bal Evi
Qida, içki və gecə həyatı

Dağ balının ünvanı Ləkit Bal Evi

Ləkit Bal Evi bal yeməyi sevənlər, arıçılığın sirlərini öyrənmək istəyənlər və balın hazırlanmasında iştirak etmək... Daha ətraflı

Tolerantlıq simvolu Müqəddəs Georgi kilsəsi
Tolerantlıq simvolu Müqəddəs Georgi kilsəsi
İncəsənət, mədəniyyət, irs

Tolerantlıq simvolu Müqəddəs Georgi kilsəsi

Səyahət bir çoxları üçün həm də başqa millətlərin dini müxtəlifliyi ilə tanış olmaq, anlayıb öyrənmək... Daha ətraflı

Qax rayon Tarix-Diyarşünaslıq Muzeyi
Qax rayon Tarix-Diyarşünaslıq Muzeyi
Muzeylər və qalereyalar

Qax rayon Tarix-Diyarşünaslıq Muzeyi

Qax Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkərək ayrı-ayrı eksponatlar vasitəsilə ölkəmizdə ən qədim dövlətlər, onların ictimai-siyasi vəziyyəti... Daha ətraflı

Yüzilliklərin memarlığı İçəribazar
Yüzilliklərin memarlığı İçəribazar
Memarlıq

Yüzilliklərin memarlığı İçəribazar

Qax rayonunda yerləşən “İçəribazar” kompleksi tarixi-mədəni irsimizin ən gözəl nümunələrindəndir. Qalanın daxili ilə addımladıqca bu... Daha ətraflı

Qaxın gözəllikləri məşhur filmin kadrlarında
Qaxın gözəllikləri məşhur filmin kadrlarında
İncəsənət, mədəniyyət, irs

Qaxın gözəllikləri məşhur filmin kadrlarında

“Qorxma, mən səninləyəm” filmini, yəqin ki, dəfələrlə izləmisiniz. Kadrları gözəl təbiət mənzərələri və tarixi məkanlar... Daha ətraflı

Qaşqaçay – Qumux marşrutu üzrə haykinq
Qaşqaçay – Qumux marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Qaşqaçay – Qumux marşrutu üzrə haykinq

Qaşqaçaydan Qumuxa gedən bu marşrut əsasən meşəlikdən keçir və asan təbiət yürüşləri sevərlər üçün uyğun... Daha ətraflı

Qaşqaçay – İlisu marşrutu üzrə haykinq
Qaşqaçay – İlisu marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Qaşqaçay – İlisu marşrutu üzrə haykinq

Marşrut Qaşqaçay kəndindən başlayır, meşə və yaylaqlardan keçərək İlisu kəndində başa çatır. Daha ətraflı

İlisu şəlaləsini tamaşa edin
İlisu şəlaləsini tamaşa edin
Offroad turlar

İlisu şəlaləsini tamaşa edin

İlisu kəndi qədim tarixi və qonaqpərvər insanları ilə yanaşı, təbii gözəlliyi ilə də seçilir. Ana... Daha ətraflı

Sarıbaşda off-road turları
Sarıbaşda off-road turları
Offroad turlar

Sarıbaşda off-road turları

Ucqar dağ kəndi olan Sarıbaş qədim tarixi və yerli ənənələri ilə seçilir. Bura səfər edib... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Qax
Qax

Qax

Qafqaz dağlarının ən gözəl guşələrindən biri də Qaxdır. Bura istər qış, istərsə də yayda gözəldir. Daha ətraflı

Şimal-qərb marşrutu
Şimal-qərb marşrutu

Şimal-qərb marşrutu

Böyük Qafqaz dağlarının cənub yamacı boyunca uzanan bu gözoxşayan marşrutla qədim səyyah və tacirlərin izi ilə gedəcəksiniz. Daha ətraflı

xəbər bülletenimizə abunə olun