mənzərələri ilə ovsunlayan Qəbizdərə kəndi

Nə gözəldir şəhərin təlaşından uzaqda, yaşılın rəng-rəng çalarları arasında həm gəzib dolaşmaq, həm də dincəlmək. Zaqatalanın incilərindən olan Qəbizdərə kəndi turistlərin şimal-qərb marşrutu üzrə ən çox üz tutmağı sevdikləri məkandır.

Zaqatalanınincilərindən

mənzərələri ilə ovsunlayanQəbizdərə kəndi

Heç bilirdinizmi Zaqatalada belə gözəl bir kənd var?

Bura Böyük Qafqaz dağlarının ətəyində, Katex çayının sağ sahilində qərar tutan Qəbizdərə kəndidir. Zaqatala şəhərindən 8 km aralıda yerləşən kənddə ümumilikdə 50 ev var və burada yaşayan əhalinin 98%-i avarlardır. Kəndin özü çox qədimdir, belə ki XIX əsrə aid məscid, qədimi bürc və XVIII-XIX əsrlərə aid edilən qədim abidə əsas tarixi məkanlardandır. Həmçinin kənddə Katexçay və Kilsəçay çayların birləşməsi nəticəsində yaranan Qəbizdərə və ya başqa adla Katex şəlaləsi yerləşir. Bu şəlalə ölkənin ən bol sulu şəlalərindən biridir. Lakin hazırda təhlükəsizlik səbəbilə şəlaləyə qalxmağa icazə verilmir.

Qəbizdərə çox tarixi və ənənələri olan bir kənddir. Hər il yerlilərin ənənəvi olaraq qeyd etdiyi bayram var ki, onu “Hədik bayramı”, bəzən də“ Mövlüd ayı” deyə adlandırırlar. Hədik bayramı yazın gəlişi zamanı, torpaq və bitkilər oyanan zaman əsasən mart-aprel aylarında qeyd edilir. Adəti üzrə kənd sakinləri kimin həyətində hədik bişirilibsə, oraya dəvətsiz gedir və bayramlaşaraq birlikdə hədik yeyirlər. Kənd həm də sürhüllü, maxara, girs, ispiri (gilas ilə hazırlanan turşu), ağartı məhsulu olan məqəş (el dilində şor), hər həyətdə olan təndir və kürələri ilə tanınır. Təbiət qoynunda yerləşən məşhur restoranlarda həm dincələ, həm də bu ləzzətli yeməklərdən nuş edə bilərsiniz. Qədim Qəbizdərədə gecələmək istəsəniz, öz evlərini qonaq evi kimi kirayə verən sakinlərə çəkinmədən müraciət edə bilərsiniz.

 

mənzərələri ilə ovsunlayan | Qəbizdərə kəndi
QALEREYA

tətilinizi Qəbizdərədə keçirin

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
0.4°C
Orta:
1.2 – 8°C / 34.2–46.4°F

Temperaturu hiss et

Hazırda:
2.6°C
Orta:
0.4 – 9.8°C / 32.7–49.6°F

Külək

Hazırda:
  • Əsasən günəşli
  • Qəbr-Şimal-Qərb
  • sürət 5.6 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Yaz, yay, payız

xəritədə bax

Zaqataladadigər fəaliyyət növləri

Zaqatalada forel balığı ovu
Zaqatalada forel balığı ovu
Kulinariya master-klasları

Zaqatalada forel balığı ovu

The Zagatala Trout Fish Farm is a special agritourism site in Azerbaijan’s lush North West... Daha ətraflı

“Qızılgüllər diyarı” Zaqatala
“Qızılgüllər diyarı” Zaqatala
Təbiət qoynunda istirahət

“Qızılgüllər diyarı” Zaqatala

Göz işlədikcə uzanan gül plantasiyaları və ətrini ciyərlərinizə çəkməkdən doymayacağınız qızılgül və lavandalar. Bura Bolqarıstan,... Daha ətraflı

Qəbizdərə – Honzoqor – Car marşrutu
Qəbizdərə – Honzoqor – Car marşrutu
İşarələnmiş marşrutlar

Qəbizdərə – Honzoqor – Car marşrutu

Marşrut Qəbizdərə kəndindən başlayır, Honzoqor yaylağında çoban alaçıqları arasından keçərək 3 tərəfi dağlarla əhatə olunmuş... Daha ətraflı

Car – Honzoqor – Qəbizdərə marşrutu
Car – Honzoqor – Qəbizdərə marşrutu
İşarələnmiş marşrutlar

Car – Honzoqor – Qəbizdərə marşrutu

Marşrut 3 tərəfi dağlarla əhatə olunmuş Car kəndindən başlayır, Honzoqor yaylağında çoban alaçıqları arasından keçərək... Daha ətraflı

Şimal-qərb bölgəsində dad dünyasına səyahət
Şimal-qərb bölgəsində dad dünyasına səyahət
Qida, içki və gecə həyatı

Şimal-qərb bölgəsində dad dünyasına səyahət

Şimal-qərb bölgəmizin mətbəxi çoxsaylı yemək çeşidi ilə seçilir. Burada unikal hazırlanma metoduna malik sürhüllünü dada... Daha ətraflı

Zaqatalada ötən əsrlərə səyahət
Zaqatalada ötən əsrlərə səyahət
Ailəvi istirahət

Zaqatalada ötən əsrlərə səyahət

Gözəl təbiətə malik Zaqatala həm də tarixi məkanları ilə tanınır. Buradakı qədim qala və məbədlərin... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Zaqatala
Zaqatala

Zaqatala

Azərbaycanın multikultural dəyərlərə sahib bölgələrindən biri olan Zaqatala tarixi abidələrin zənginliyi və bir çox maraqlı kulinariya sirləri ilə seçilir. Daha ətraflı

Şimal-qərb marşrutu
Şimal-qərb marşrutu

Şimal-qərb marşrutu

Böyük Qafqaz dağlarının cənub yamacı boyunca uzanan bu gözoxşayan marşrutla qədim səyyah və tacirlərin izi ilə gedəcəksiniz. Daha ətraflı

xəbər bülletenimizə abunə olun