qutab hazırlanmasımaster-klasları
Qutab milli yeməklərimiz arasında ən çox sevilənlər arasındadır. Könlünə qutab düşən birbaşa milli mətbəx restoranlarına yollana bilər. Hətta Bakı küçələrində gəzərkən belə yolüstü səyyar köşklərdə satılan qutablardan alıb gəzintiyə davam edə bilərsiniz. Amma siz, həm də qutabın bişirilməsini izləmək və bu prosesə qoşulmaq istəyirsinizsə, master-klaslar bunun üçün mükəmməl fürsətdir.
Bu master-klaslar xüsusi bələdçilər tərəfindən təşkil edilsə də, alternativlər mövcuddur. Sadəcə ərazidəki yerli restoranlara daxil olub aşpazları izləyə, yaxud icazə alaraq hazırlanma prosesində iştirak edə bilərsiniz. Bir çox restoranlarda sizə qutabların içliyini hazırlamağa, yaymağa və kənarlarını qatlamağa dəvət edəcəklər.