qədim şəhərdəmüasir incəsənət
Müasir İncəsənət Muzeyinin əsas ekspozisiyasını XX əsrin 2-ci yarısından bu yana Azərbaycan avanqard incəsənətinin ən yaxşı rəsm və heykəltəraşlıq işləri təşkil edir. Bu ekspozisiya sənətkar müşahidələri, axtarışları və insan ruhunun azadlığını təmsil edir. Muzey həm nümayiş olunan əsərlər, həm də görünüş baxımından özündə memarlıq, dizayn, rəssamlıq və heykəltəraşlığı birləşdirən vahid orqanizm kimi nəzərdə tutulmuşdur. Muzeyin əsas prinsiplərindən biri sərbəstlik və ekspozisiyalarda sərt şəkildə müəyyən edilmiş çərçivələrin olmamasıdır. Binanın memarlığı da bunu vurğulayır: künclərin və qapalı formaların olmaması, açıq keçidlər, iki mərtəbənin vahid açıq məkanda yerləşməsi və “unudulmuş pilləkən” ilə birləşməsi və s.
Hazırda muzeydə 800-ə yaxın eksponat var. Burada əsasən avanqard tərzdə işləyən azərbaycanlı rəssam və heykəltəraşların – Əşrəf Murad, Eldar Məmmədov, Mirnadir Zeynalov, Altay Sadıxzadənin, həmçinin təsviri sənət janrının nümayəndələri – Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdurrəhmanovun əsərləri toplanmışdır. Muzeyin ekspozisiyası təkcə salonlarını deyil, ətrafı – art-kafe və restoranı da əhatə edir. Bundan əlavə, muzeydə uşaq yaradıcılığı sərgisi, videozal, fərdi sərgilər üçün ayrıca yer, kitabxana və mağaza da var. “Metropolis” qalereyasının salonunda isə ziyarətçilər müasir müəlliflərin sənət əsərlərini əldə edə bilərlər.
Ətraflı məlumat üçün:
İş qrafiki: Ç. a. – B., 11:00-20:00
Ünvan: Bakı, Yusif Səfərov küç., 5
Tel.: +99412 490 84 04
moma.az/az




















.jpg)














































