Azərbaycanda vindsörfinq

Azərbaycanın ilk vindsörfinq məktəbi “Windsurfing Baku” Xəzərin bumbuz sularında həm gümrah qalmaq, həm də açıq havada yeni bacarıqlar öyrənmək üçün mükəmməl seçimdir.

 

Xəzər dənizindəvindsörfinq etməyi öyrənin

“Windsurfing Baku” vindsörfinq məktəbi Abşeron yarımadasının cənub sahilində, Bakıdan 15 km aralıda Ramada by Wyndham Baku hotelində yerləşir. Son beş ildir ki, fəaliyyət göstərən məktəb yelkən və lövhə avadanlıqlarının icarəsi ilə bərabər, həm də yeni başlayanlardan təcrübəli sörfinq həvəskarlarına qədər hər kəs üçün peşəkar təlimlər və dərslər təklif edir. Təlim və məşqlərdən sonra dincinizi almaq və istirahətiniz üçün ayrıca çimərlik, üzgüçülük hovuzu və xüsusi istirahət zonası da var.

Vindsörfinqi öyrənmək üçün təlim mövsümü aprelin sonlarında başlayır və oktyabrın sonuna kimi davam edir. Nəzəri və praktiki hissədən ibarət təlimdə ilkin məşq çimərlikdə başlayır. Nəzəri hissədə nəzəri bilikləri, sörfinqin növlərini, yelkən və vindsörfinqin prinsiplərini öyrənirsiniz. Təlim boyu təhlükəsizlik və özünü xilasetmə qaydalarına xüsusi diqqət yetirilir. Nəzəri bilikləri praktiki hissədə təcrübə etmək üçün xüsusi simulyatorda yelkənləri düzgün bucaq altında necə tutmaq və sörf lövhəsində tarazlığı necə saxlamaq lazım olduğunu canlı tətbiq edə biləcəksiniz. Bu təlimlər vindsörfinqi öyrənmə prosesini daha tez və asanlaşdırmaq üçün nəzərdə tutulub ki, sondakı nəticə həqiqətən gözlə görülməyə dəyər. 

Ümumilikdə 2.5 saat davam edən başlanğıc təlimindən sonra bacarıqlarınızı təkmilləşdirərək suyun üzərində peşəkarlar kimi bərq vurmaq üçün orta və yüksək səviyyəli dərslərə də qoşula bilərsiniz. Və əsas biliklərə yiyələndikdən sonra budur - peşəkar heyətin yaxından nəzarəti altında Xəzərin rəvan axan suları və sərin mehin dadını tam sərbəst çıxarmağa hazırsınız!

 

Ətraflı məlumat üçün:

Ünvan: Salyan şossesi, Şıxov çimərliyi 1023 

Tel.: +99450 218 27 94 

E-mail ünvanı: [email protected] 

 

www.windsurfing.az saytına keçid
Xəzər dənizində  | vindsörfinq etməyi öyrənin
QALEREYA

Xəzər dənizində vindsörfinq etməyi öyrənin

xəritədə bax

Bakıdadigər fəaliyyət növləri

Dənizkənarı Bulvarda gəmi gəzintisi
Dənizkənarı Bulvarda gəmi gəzintisi
Macəra və idman

Dənizkənarı Bulvarda gəmi gəzintisi

Dənizkənarı Bulvar Bakının mütləq görülməli yerlərindən biridir. Kafelərdən tutmuş görkəmli Xalça Muzeyinə qədər bir çox... Daha ətraflı

Azərbaycanda dayvinq
Azərbaycanda dayvinq
Macəra və idman

Azərbaycanda dayvinq

Doqquz fərqli iqlim tipinin qovuşduğu Azərbaycan dalğıclar üçün unikal imkanlara və zəngin təbiətə malik ölkədir.... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Bakı
Bakı

Bakı

Qədimlik ilə müasirliyin vəhdəti olan Bakıya xoş gəlmisiniz. Küləklər şəhəri Bakıda hər kəsi səmalara ucalan Alov Qüllələri, YUNESKO-nun dünya mədəni irsi siyahısına salınmış İçərişəhər, onlarla tarixi və mədəni abidələr və daha bir çox maraqlı məqamlar gözləyir. Daha ətraflı

Şimal marşrutu
Şimal marşrutu

Şimal marşrutu

Bu marşrut Xəzər dənizi sahillərində yerləşən və daim hərəkətdə olan Bakıdan səmalara yüksələn Qafqaz dağlarına qədər uzanır. Marşrut boyunca sizi açıq havada əyləncəli fəaliyyət növləri, o cümlədən ekskursiyalar, kaytsörfinq və paraplan, kulinariya sürprizləri və ən gözəl mənzərələr gözləyir. Daha ətraflı

xəbər bülletenimizə abunə olun