turizmindayanıqlı inkişafı
Bu gün ölkədə dayanıqlılıq prinsiplərini tətbiq etdiyimiz layihələr və sahələrin sayı artmaqda davam edir. Dayanıqlı səyahət yanaşması nəinki təbiəti, xüsusilə endemik növləri mühafizə edir, həm də qlobal iqlim dəyişikliyi ilə mübarizə apararaq yerli icmalara dəstək verir, eləcə də turizm sənayesinin zərərli tullantılarını minimuma endirərək çirklənmənin azaldılmasında mühüm rol oynayır.
Ümumiyyətlə, dayanıqlılıq yanaşması və düşüncə tərzi turistlər üçün qeyri-adi təcrübələr və yerli sakinlərə öz mədəniyyətlərini və rifahını qoruyub saxlamaq imkanı yaratmaqla yanaşı, hər kəsin gələcək nəsillər üçün planetimizi qorumağa istiqamətləndirir. Buna misal olaraq “Slou Səyahət” (Slow Travel) konsepsiyasını göstərmək olar ki, bu ideya adi səyahətdən daha çox turistlərin müəyyən bir ərazinin ənənələri və insanları ilə daha yaxından tanış olduqları dayanıqlı səyahət yanaşmasını özündə ehtiva edir. Yerli və xarici bütün qonaqlar bu təcrübəni mütləq sınaqdan keçirməlidir - əminik ki, əsrarəngiz bölgələrimizin müxtəlifliyi və zənginliyi sizi heyran edəcək!
Aşağıdakı linklər vasitəsilə Azərbaycanın dayanıqlı səyahəti təşviq etmə prinsipləri və necə iştirak edə biləcəyiniz haqqında tanış ola bilərsiniz.