Yaşıl bazar –ətirlər dünyası
Bakıdakı ən böyük kənd təsərrüfatı məhsulları bazarlarından biri olan Yaşıl bazar təbii meyvə və tərəvəzləri, göyərti və ədviyyatları, qoz-fındıq və quru meyvələri, kompot və mürəbbələri ilə seçilir. Yaşıl bazar şəhər mərkəzinə yaxın yerləşir. Buradan həmçinin yerli qara kürü və zəfəran da almaq olar. Bazarı gəzərkən, Bakıdan kənara çıxmadan, ölkənin müxtəlif bölgələrindən gətirilən məhsulların ətir və dadları ilə tanış olacaqsınız. Yerli satıcılar məhsulları almazdan əvvəl onları dadmağa şərait yaradırlar. Bazarda qiymət barəsində sövdələşməkdən çəkinməyin.