"Alov qüllələri"fonunda foto
Bakı gecələrinin əvəzolunmaz görüntüsü və alov dillərini xatırladan üç çoxmərtəbəli binadan ibarət kompleks – “Alov Qüllələri”nin mənzərəsi sizə qeyri-adi təəssürat bağışlayacaq. Bu binalardan birində şəhər mərkəzi və Bakı buxtasına möhtəşəm mənzərəsi ilə lüks “Fairmont Baku Hotel” yerləşir. Bakının ən hündür yerlərindən birində tikilən “Alov Qüllələri” şəhərin, demək olar ki, hər yerindən görünür. Bununla belə, ən möhtəşəm mənzərələri görüb telefonun yaddaşına köçürmək və sonradan onları “Instagram” hesabınızda paylaşmaq üçün Dənizkənarı Bulvar və Dağüstü Parka yollanın.
“Alov Qüllələri” Bakının qədim atəşpərəstlərin məskəni olmasına işarədir. Bu müasir memarlıq şedevri 2012-ci ildə istifadəyə verilib. Gecə vaxtı müxtəlif görüntülərin formalaşması üçün 10 min LED işıq lampalarından istifadə olunur. Bəs sizin "Alov qüllələri" ilə fotonuz var?