Mərkəzi Parkdabir gün keçir
Park geniş yaşıl xiyabanları, baxımlı landşaftı, dekorativ bitkiləri və mövsümi kompozisiyaları ilə ziyarətçiləri cəlb edir. Ərazi minlərlə ağac və çiçək arasında sakit atmosferdə istirahət etmək, süni göl və fəvvarələr ətrafında vaxt keçirmək və ya xüsusi istirahət zonalarında dincəlmək üçün idealdır.
Panoramik baxış nöqtələri, müasir landşaft həlli və təbii guşələr sayəsində Mərkəzi Park şəhərin ən sevilən gəzinti və fotoçəkiliş məkanlarından birinə çevrilib.
Ərazidə yerləşən XIX–XX əsrlərə aid Təndir hamamı isə xüsusi maraq doğurur. Bərpa olunmuş bu tarixi bina müasir park mühitinə mədəni dəyər qatır və Bakının keçmişinə səyahət imkanı yaradır.
Mərkəzi Parkın əsas üstünlüklərindən biri də əlverişli yerləşməsidir. Buraya ictimai nəqliyyatla və şəhər mərkəzindən piyada asanlıqla çatmaq olur. Yeraltı keçidlər parkın müxtəlif hissələrini birləşdirərək qonaqlar üçün təhlükəsiz hərəkət imkanı yaradır.

























.jpg)


















































