Şirvanşahların izi ilə

Şamaxıda Azərbaycan ərazisində uzun müddət mövcud olmuş Şirvanşahlar dövlətinin maddi mədəniyyət nümunələrinə rast gəlmək olar. Bu da təsadüfi deyil. Şamaxı uzun müddət bu əzəmətli dövlətin paytaxtı olmuşdur.

Şirvanşahlarınizi ilə

Tarixi mənbələrdən məlum olur ki, XII–XIII əsrlərdə Şirvanda memarlıq öz inkişaf dövrünü yaşayırdı, İpək Yolu üzərində yerləşən və orta əsrlərdə Şirvanşahların paytaxtı olmuş Şamaxı isə zəngin tarixi ilə seçilirdi.

Şəhərin müdafiəsi üçün bir zamanlar tikilmiş, lakin indi ucqar dağlarda, təbiətin qoynunda səssizcə uyuyan Narın Qala, Gülüstan və Buğurd qalalarının qalıqları hələ də keçmişin hekayəsini danışır. Günümüzə çatmış tarixi tikililər şəhərdə çox azdır, amma hər addımda əsrlərin nəfəsi hiss olunur. Burada gəzinti səyahət həvəskarlarına unudulmaz anlar bəxş edir.

Tarixlə maraqlananlar şəhərin gözəl mənzərəli yaşıl təpələri üzərində yerləşən Yeddi günbəz türbələr kompleksini mütləq ziyarət etməlidirlər. Kompleksdə Şirvan xanlığının (1748-1820) son xanı və onun ailəsinin dəfn olunduğu yeddi məzar yerləşir. Kompleks özündə Şirvan memarlıq məktəbinin xüsusiyyətlərini əks etdirir. Azərbaycanın ən tanınmış şairlərindən biri, satirik şeirləri XX əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalında çap olunan Mirzə Ələkbər Sabir də burada dəfn edilmişdir.

Şirvanşahların | izi ilə
QALEREYA

Şamaxıda əsrlərin ahəngini hiss edin

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
-11.5°C
Orta:
-13 – -7.6°C / 8.6–18.3°F

Temperaturu hiss et

Hazırda:
-17.9°C
Orta:
-16.7 – -11.9°C / 1.9–10.6°F

Külək

Hazırda:
  • A little snow, 0-1 cm
  • Cənub-Cənub-Qərb
  • sürət 13 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Yaz, yay, payız

Şamaxıda tarixi abidələr

Göstər:

Şamaxıdadigər fəaliyyət növləri

Şamaxıda ulduzların seyri
Şamaxıda ulduzların seyri
İncəsənət, mədəniyyət, irs

Şamaxıda ulduzların seyri

Ulduzların və kainatın sirlərini kəşf etmək istəyirsinizsə, Şamaxı Astrofizika Rəsədxanasının qapıları üzünüzə açıqdır.  Daha ətraflı

Cümə məscidini ziyarət
Cümə məscidini ziyarət
İncəsənət, mədəniyyət, irs

Cümə məscidini ziyarət

Şamaxıda yerləşən Cümə məscidi Azərbaycandakı ilk məsciddir və 743-744-cü illərdə inşa edilmişdir. Bərpa olunandan sonra... Daha ətraflı

Şamaxı dağlarında safari macərası
Şamaxı dağlarında safari macərası
Ailəvi istirahət

Şamaxı dağlarında safari macərası

Şamaxı səyahəti zamanı canlı təbiətlə daha yaxından ünsiyyət üçün Safari Parkını mütləq gedilməli yerlər siyahısına... Daha ətraflı

Alpakalar arasında ruhi sakitlik
Alpakalar arasında ruhi sakitlik
Uşaqlarla təbiətdə

Alpakalar arasında ruhi sakitlik

Vətəni Cənubi Amerikanın And dağları hesab olunan alpakalar ilə Şamaxı dağlarının qoynunda rastlaşmaq sizi təəccübləndirə... Daha ətraflı

tarixin mirası Diri Baba türbəsi
tarixin mirası Diri Baba türbəsi

tarixin mirası Diri Baba türbəsi

Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Şamaxı
Şamaxı

Şamaxı

Şirvanşahlar dövlətinin uzun müddət paytaxtı olmuş Şamaxı bu gün də keçmiş əzəməti və təbii gözəllikləri ilə heyran edir. Daha ətraflı

Şimal-qərb marşrutu
Şimal-qərb marşrutu

Şimal-qərb marşrutu

Böyük Qafqaz dağlarının cənub yamacı boyunca uzanan bu gözoxşayan marşrutla qədim səyyah və tacirlərin izi ilə gedəcəksiniz. Daha ətraflı

xəbər bülletenimizə abunə olun