gecə həyatı və əyləncə

Gecələri rəngarəng, unudulmaz və şən keçirmək üçün Bakıda onlarla fərqli və hər zövqə uyğun məkan fəaliyyət göstərir. Bu məkanlarda doyunca rəqs edə, müxtəlif janrlarda musiqilər dinləyə, dadlı təamlardan və içkilərdən zövq ala bilərsiniz.

gecə həyatıvə əyləncə

gecə həyatıvə əyləncə

gecə həyatıvə əyləncə

Göstər:
gecə həyatı | və əyləncə

FOMO Baku

FOMO beynəlxalq klub səhnəsində iz qoymağı vəd edən, Bakının mərkəzində yerləşən tamamilə yeni gecə klubudur. O, yarım əsrdən çox elektron musiqi tarixinin ən yaxşı ənənələrini təcəssüm etdirir. FOMO-nu həqiqətən fərqləndirən cəhət onun DJ MAG jurnalı tərəfindən hər il keçirilən dünyanın 100 ən yaxşı klubunun nüfuzlu reytinqində 65-ci yeri tutmasıdır.

Telefon: +994 99 777 99 91

CHiNAR Restaurant

Bakı şəhərinin mərkəzində yerləşən CHiNAR, müasir üslubda təqdim olunan pan-asiya mətbəxi ilə seçilən zövqlü bir məkanadır. Burada gündüz rahat nahar, axşam isə canlı və zərif atmosferdə dadlı yeməklər və imza kokteyllər təqdim olunur. Yüksək səviyyəli mətbəxi sevənlər üçün ideal seçimdir.

Telefon: +994 51 404 82 11

Ağabala

Milli mədəniyyət və ənənəvi dadların birgə harmoniya yaratdığı Ağabala restoranı qonaqlarını 19-cu əsr Azərbaycan mətbəxinə unudulmaz səyahətə aparır. Restoranın menyusu özündə Azərbaycanın tarixini və milli mətbəximizin ən nəcib elementlərini əks etdirir. Günün istənilən saatında ürəkoxşayan musiqilərin müşahidəsində həm ənənəvi yeməklərdən, həm də mənəvi dinclikdən zövq ala bilərsiniz.

Telefon: +994 50 493 01 10

MYASO BBQ

Ət və pivə sevərlərin sevimli məkanı olan bu restoran unikal dadlar və rahat atmosfer təqdim edir. Myaso BBQ-nin özünəməxsus hisə verilmiş yeməkləri və yerli kraft pivə seçimləri ilə dostlarla unudulmaz axşam keçirmək üçün mükəmməl yerdir.

Telefon: +994 10 420 85 86

Room Baku

Burada hər axşam sizi zəngin şərab çeşidi gözləyir. Gecə yaxınlaşdıqca daha da canlanan mühiti zövqlü musiqi, ləzzətli yeməklər və gözəl şərablar tamamlayır.

Telefon: +994 50 888 00 69

Arlekin

Hamısı birində məkan axtarışındasınız? Qüsursuz xidmət, dadlı yeməklər və hər gün yenilənən əyləncə proqramı ilə “Arlekin”dən başqasını axtarmayın. Tez bir zamanda hamının sevimlisinə çevrilən Arlekində istər ad günlərinizi keçirə, istərsə də ləzzətli yeməklərdən sınaya bilərsiniz.

Telefon: +994 51 602 55 05

Pivnaya Apteka

Adından da göründüyü kimi, bu unikal “tibb müəssisəsi”ndə xəstəlikləri müalicə etmək üçün xüsusi vasitələrdən, yəni ən geniş çeşiddə pivə, evdə hazırlanmış sərinləşdirici içkilər, burgerlər və digər yeməklərdən istifadə olunur. Qayğı istəyənləri isə böyük ayı balası məmnuniyyətlə qucaqlayacaq.

Telefon: +994 12 404 82 18

360 Bar

Beşulduzlu “Hilton Baku” hotelinin 25-ci mərtəbəsində yerləşən “360 Bar” yavaş-yavaş öz oxu ətrafında fırlandığı üçün buradan paytaxtımız və Xəzər dənizinə möhtəşəm mənzərəni seyr edə bilərsiniz. Bar qonaqları xüsusilə gecə feyzyab edir. Belə ki, bu zaman ləzzətli yeməklər və içkilərdən deyil, həm də canlı musiqilərdən həzz almaq olar.

Telefon: +994 12 464 50 00

Harbour Restaurant & Pub

Köhnə ingilis yaxta klubunu xatırladan məşhur Bakı pabı “Harbour”da dincəlin və istirahət edin. Ləzzətli pivə ilə yanaşı, burada dadından doymayacağınız hind yeməklərinin, eləcə də unikal limonadlar və evdə hazırlanmış kokteyllərin geniş çeşidi arasında seçim edə bilərsiniz.

Telefon: +994 50 546 55 00/ +994 12 404 82 05

Finnegan's Irish Pub

Məşhur İrlandiya pab şəbəkəsi “Finnegan's” müntəzəm olaraq yerli qruplar və solo ifaçıların canlı konsertlərinə ev sahibliyi edir. Bakının mərkəzində yerləşən və bir çox digər tanınmış əyləncə məkanları ilə əhatə olunan “Finnegan's Irish Pub” ləzzətli yemək və çox sevilən İrlandiya pivəsini təqdim edir.

Telefon: +994 12 498 65 64

Paulaner Bräuhaus Baku

Alman pivəsinin ünvanı. Heç narahat olmadan sevdiyiniz içkidən istədiyiniz qədər içə bilərsiniz – hər bazar ertəsi “Paulaner Bräuhaus Baku”da limitsiz pivə axşamı! Daha yüngül və rahat atmosfer axtarışındasınızsa, şənbə günü gəlin, burada canlı musiqi dinləyin. Əsl Münhen atmosferinin hökm sürdüyü Bakıda yeganə bar!

Telefon: +994 51 250 97 97

HASHTAG BAR

Üç zaldan ibarət bu kiçik kokteyl bar DJ musiqisi və caz sessiyaları ilə tanınır. Burada isti, mehriban atmosferdə, menyudakı 40 kokteyldən hər hansı birini sifariş edərək dincələ və əylənə bilərsiniz.

Telefon: +994 55 255 07 00

Pasifico - Lounge & Dining

Londonun “Blue Sky Hospitality” studiyasının mütəxəssisləri tərəfindən yaradılmış Cənubi Amerikanın sahilləri boyunca virtual səyahət üçün “Pasifico”ya yollanın. Qaranlığın düşməsi ilə “Pasifico” verandadan açılan heyranedici mənzərələri və dəbdəbəli kokteylləri ilə gecənin əsas ünvanlarından birinə çevrilir.

Telefon: +994 12 404 82 13

City Pub

“CityPub” təkcə sərin pivə və müxtəlif qəlyanaltılardan zövq ala-ala böyük ekranda futbola baxmaq məkanı deyil. Rahat interyer, canlı musiqi, gözəl zallar, yemək və içkilərin geniş çeşidi buranı istirahət etmək və dostlarla əla vaxt keçirmək üçün möhtəşəm məkana çevirir.

Telefon: +994 51 598 47 27

Crazzy Bear

Bakının mərkəzində gur küçələrin birində yerləşən “CraZzy Bear” konseptual pivə restoranında canlı musiqi, orijinal interyer və gülərüz personal vaxtınızı şən keçirməyinizə kömək edəcək. Tünd rəngli mebellər, dəri kreslolar və dekorativ lampalar buranı təzə pivə, əsl şərab və dadlı yemək həvəskarlarının sevimli məkanına çevririb. Bazar ertəsi günləri təşkil edilən və pivənin “su kimi axdığı” “Limitsiz pivə günü” isə həftəyə əla başlanğıcdır! 

Telefon: +994 50 250 80 50

Barfly

Tarixi məkan İçərişəhərdə ilk və yeganə olan “BarFly” kokteyl-barında əyləncəni sonadək yaşayın. Maraqlı interyeri ilə diqqət cəzb edən bar Çarlz Bukovskinin bir neçə romanının və “BarFly” filminin personajı Henry Chinaski’nin spiritual evi hesab olunur. İşdən sonra canlı atmosferdə günün stresindən uzaqlaşmaq, xüsusi kokteyllərdən dadaraq enerji dolu gecə keçirmək üçün mükəmməl yerdir.

Telefon: +994 55 291 46 16

Biblioteka

Səliqəli düzülmüş rəfləri və geniş kitabxanası ilə isti rəng tonlarının hökm sürdüyü “Biblioteka” bir az rahatlamaq və şəhərin səs-küyündən uzaqlaşmaq üçün əsl tapıntıdır. 

Telefon: +994 50 808 00 69

RUIN

Unikallığı ilə gecə həyatına damğa vuran məkan! Bu qeyri-adi məkanda divar rəsmləri önündə cürbəcür fotolar çəkdirin. Seçilən yeməkləri, dadlı kokteylləri ilə gecədən səhər saatlarınadək əsl ziyafət hissi yaşadacaq.

Telefon: +994 55 826 26 26

Beerbasha

Pivə sevənsinizsə, birbaşa “Beerbasha”ya üz tutun. Ən geniş çeşiddə pivələri ilə yanaşı, dadından doymayacağınız qəlyanaltılardan hər hansı birini sifariş edərək dincələ və əylənə bilərsiniz.

Telefon: +994 12 310 29 29/ +994 55 363 26 29

Double Eleven

Bu eleqant şərab barında canlı musiqi sədaları altında dostlarınızla birgə ləziz şərab və pendir növlərini, tapas çeşidlərini və hətta vegetarian seçimlərini sınayın. Peşman olmayacaqsınız!

Telefon: +994 50 209 26 11

ETUD Cafe & Bar

Caz improvizasiyaları, klassik musiqi axşamları, əyləncəli gecələr və daha çox - əsl gəncliyin yeraltı dünyası olan “ETUD Cafe & Bar”da hökm sürür. Burada yerli şərab, pivə, yaxud ləzzətli kokteyllərin dadına baxaraq, müxtəlif janrda canlı musiqi ilə dincələ bilərsiniz.

Telefon: +994 50 766 66 90

Inn Vino Baku

“Inn Vino Baku” yerli şərablar ilə bir-birini tamamlayan ləzzətli menyu təklif edən şəhərin gizli incisidir. Gülərüz personalı sizə uyğun şərab tapmaqda kömək edəcək. Hər axşam gecə yaxınlaşdıqca canlanan mühit şərab həvəskarlarının əhval-ruhiyyəsini daha da yüksəldir.

Telefon: +994 55 324 63 83

Finestra Dell’Aperitivo

Finestra Dell’Aperitivo Bakıda yerləşən zərif İtalyan aperitivo barıdır. Burada seçilmiş şərablar, özəl kokteyllər və ləzzətli qəlyanaltılar təqdim olunur. Rahat və zövqlü atmosferi, canlı musiqisi ilə Finestra dostlarla görüşmək və İtalyan qonaqpərvərliyini yaşamaq üçün ideal məkandır.

 

Kefli Local Wine and Snacks

KEFLI, Bakıda yerləşən rahat bir şərab barıdır və Azərbaycanın zəngin şərab irsini qeyd edir. Burada yerli şərabların seçilmiş çeşidi təqdim olunur, həm mütəxəssislər, həm də sadə həvəskarlar üçün cəlbedici bir atmosfer yaradır. Zərif qəlyanaltılar və isti bir mühitlə tamamlanan KEFLI, regionun dadlarını kəşf etmək və istirahət etmək üçün mükəmməl bir yerdir.

Telefon: +994 51 308 99 09

Vyno Baku

VYNO – şərabın hekayəsi buradan başlayır. Hər qədəhdə yeni bir dad, hər axşamda unudulmaz anlar. Paytaxtın qəlbində istirahət və zərif dadlar üçün yaradılmış bu məkan sizi gözləyir.

Fetiche Wine Music Tapas

Fetiche – Bakıda şərab, tapas və musiqinin möhtəşəm sintezi. Rahat atmosfer, zövqlə seçilmiş şərablar və canlı musiqi buranı dostlarla görüş üçün mükəmməl bir məkana çevirir. Sakit həftəiçi axşamlardan həftəsonu gecə şənliklərinə qədər – buranın unikal ab-havasını kəşf edi.

Telefon: +994 51 999 99 11

YOLO by FOMO

Bakının ən gizli guşələrindən biri – YOLO by FOMO. Bayraq meydanı yaxınlığında yerləşən bu məkan qeyri-adi dizaynı və beynəlxalq DJ-ləri ilə paytaxt gecə həyatına fərqli bir nəfəs gətirir. Məhz burada hər gecə musiqi ritmlərinə qarışaraq azadlığın dadını çıxarmaq, unudulmaz anlaryaşamaq mümkündür.

Telefon: +994 99 777 99 92

Greenwich Tavern

Greenwich Tavern – şəhərin qəlbində gizlənmiş dad xəzinəsi. Müxtəlif pivə və “prosecco” çeşidləri, ləzzətli qəlyanaltılar, rahat masa arxasında bitməyən söhbətlər... Burada keçirilən hər axşam uzun zaman yadınızda qalacaq yeni bir hekayə deməkdir.

Telefon: +994 99 330 02 08

Compass Pub

Pivənin köpüklü dadı, dostlarla masa arxasında səmimi söhbətlər və unudulmaz atmosfer – Compass Pub hər zaman sizi özünəməxsus ab-havası ilə qarşılayır. Yerli sakinlərin və şəhər qonaqlarının sevimli məkanına çevrilən bu pub, əyləncə və istirahət üçün doğru ünvandır.

Telefon: +994 50 208 98 98

xəbər bülletenimizə abunə olun