Qara Qarayevinev-muzeyi
“Yeddi gözəl”, “İldırımlı yollarla”, “Leyli və Məcnun” baletlərinin müəllifi Qara Qarayevin ev-muzeyi bəstəkarın həm yaradıcılığı, həm də həyatının müxtəlif dövrləri ilə tanışlıq üçün gözəl məkandır. Muzeyin otaqlarını gəzərkən Qara Qarayevin şəxsi kitabxanasından üzərində qeydləri olan kitablar, müxtəlif şəhərlərdə keçirilmiş tamaşaların afişaları, şəxsi əşyaları, not əlyazmalarının surətləri, səs yazıları, baletlərinə çəkilmiş eskizlər ilə tanış ola bilərsiniz. Muzeyin kolleksiyasına ümumilikdə 3 000-dən çox material daxildir. Burada ziyarətçilərin ən çox diqqətini çəkən, baxarkən insanı bir anlıq dahi bəstəkarın musiqi dünyasına aparan əşyalardan biri də maestronun istifadə etdiyi royaldır.
Muzeydə Qara Qarayevin hobbilərinə aid materiallar da nümayiş etdirilir. Bəstəkar həvəskar şəkildə fotoqrafiya ilə məşğul olmuş, motosikletlərə böyük maraq göstərirmiş. Burada ona məxsus bir neçə fotoaparatı, çəkdiyi şəkilləri görə bilərsiniz.
Ətraflı məlumat üçün:
Ünvan: Bakı şəhəri, Nizami küç., 49
İş qrafiki: Ç. a. – B., 10:00-18:00
Tel.: +99412 505 80 97
museum.az/az/museum/13





















































.jpg)













