Bakı şəhərindəneft bumu memarlığı
XIX əsrin sonlarında Bakıda neft sənayesi sürətli inkişaf yoluna qədəm qoydu. Həmin dövrdə qədim şəhərdə yeni memarlıq üslubunda binalar tikilməyə başladı. Qotik, barokko, neoklassik və modern üslubları özündə ehtiva edən bu tikililər şəhərin ümumi mənzərəsi ilə harmoniya təşkil edirdi. Buna görə də həmin vaxtlar şəhərimizin qonağı olmuş turistlər Bakını “Qafqazın Parisi” adlandırırdılar. Əksəriyyəti alman və polyak memarları tərəfindən tikilmiş bu binalar Bakının mərkəzində Avropa ab-havası yaradır. Bakıda alman memarlığının ən möhtəşəm nümunələrini görmək üçün İstiqlaliyyət, Nizami, Əhməd Cavad, 28 May küçələrini dolaşa və yaxud sizi bu dövrün tarixi, mədəni irsi ilə yaxından tanış edəcək turlara qoşula bilərsiniz. Bakıda səyahət edərkən neft bumu dövrünün ən mühüm abidələrindən olan, neoqotik üslubda tikilmiş “Xilaskar” kilsəsinə də baş çəkməyi unutmayın.