Gözoxşayan mənzərələr və əsrarəngiz poeziya
Şamaxı Azərbaycanın ən qədim və tarixi şəhərlərindən biri, həmçinin Sabir və Nəsimi kimi dahi Azərbaycan şairlərinin vətənidir. İşğallar və zəlzələlər nəticəsində qədim şəhər dağıntılara məruz qalmışdır. Şamaxı Cümə məscidi Qafqazda tikilən ikinci, Azərbaycanın isə ilk məscidi olsa da, dəfələrlə hücumlara məruz qaldığı üçün yenidən bərpa edilmişdir. Bundan əlavə, Şamaxıda ulduzları izləyə, dadlı şərablardan zövq ala və bir-birindən gözəl kəndlərdə haykinq edə bilərsiniz.