Azərbaycan mədəniyyətindəxalq muğamı
Şərqin ən qədim musiqi janrlarından olan muğam sənəti əsrlərdən bəri nəsildən-nəslə ötürülən bir xəzinədir. Azərbaycan isə bu xəzinənin beşiyi sayılır. Hətta belə deyilir ki, muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin, ülvi hisslərin daşıyıcısıdır. Milli mədəniyyətimizin qədim laylarına aid olan bu sənət növü həmişə diqqət mərkəzində olmuş və öz gərəkliliyini bu günədək qoruyub saxlamışdır. Müxtəlif dövrlərdə Qarabağda, xüsusilə Şuşada keçirilən musiqi festivalları muğam sənətinin dünyada tanıdılmasına şərait yaratmış və yeni istedadların üzə çıxmasına təkan vermişdir. Bu səbəbdən Azərbaycanın tarixi və klassik musiqisi kimi muğam sənətimiz 2003-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Tarixən əsas muğamlarımız “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun” hesab olunur. Muğam sənətinin bir digər aspekti onun ifadə olunma tərzi, yəni ifaçılıq sənəti ilə bağlıdır. Onu zamanın süzgəcindən keçirib müasir dövrümüzə çatdıran yüksək səviyyəli xanəndə və sazəndələr olublar. Alim Qasımov, Mənsum İbrahimov, Sahib Paşazadə və bir çox istedadlı muğam ustalarımızın ifasında bu musiqi incimiz geniş üfüqlərə yol açıb, böyük zirvələri fəth edib.
Məhz muğamdan zövq almaq istəyən sənətsevərlərin üz tutduğu Beynəlxalq Muğam Mərkəzində vaxtaşırı konsertlər, festivallar, muğam gecələri təşkil olunur. Mərkəzin forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Beynəlxalq statusa malik Azərbaycan muğam sənətinin dünyada geniş təbliği olunması baxımından bu məkan xüsusi əhəmiyyət daşıyır.
Ətraflı məlumat üçün:
Ünvan: Mikayıl Useynov prospekti 30
Tel.: +99412 497 89 72