Port Baku Malllüks alış-verişin ünvanı
2014-cü ildə istifadəyə verilən “Port Baku Mall” Azərbaycanın ilk və yeganə lüks alış-veriş mərkəzidir. Müasir memarlığı ilə seçilən kompleksdə dünyanın aparıcı brendlərini təmsil edən 100-dən çox mağaza fəaliyyət göstərir. Burada İtaliya, Fransa, Böyük Britaniya, ABŞ və digər ölkələrin məşhur moda evlərinin kolleksiyaları ilə yanaşı, premium seqmentə aid zərgərlik məmulatları, saatlar, kosmetika, ətriyyat və aksesuarlar təqdim olunur.
Geniş butiklər, zövqlə dizayn edilmiş istirahət zonaları və eleqant interyer alış-verişi xoş təcrübəyə çevirir. Ziyarətçilərin rahatlığı üçün ərazidə təxminən 400 avtomobil tutumuna malik dayanacaq da mövcuddur.
Alış-verişə qısa fasilə vermək istəyənlər ticarət mərkəzində fəaliyyət göstərən kafe və restoranlarda dünya mətbəxinin seçmə təamlarından dada, rahat atmosferdə istirahət edə bilərlər.
Bulvara, “Ağ şəhər” rayonuna və paytaxtın digər görməli məkanlarına yaxın yerləşən “Port Baku Mall” Bakı ilə tanışlıq marşrutunu tamamlayan ideal dayanacaqlardan biridir.
Əlavə məlumat üçün:
Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 153
Tel.: +994 12 599 00 97 / 98
Veb-sayt: www.portbakumall.az




















.jpg)





















































