Dünyanın möcüzə və sirlərlə zəngin naxışı
Naxçıvan regionda ən qədim insan məskənlərindən hesab olunur. Bəzi mənbələrə görə, Nuhun gəmisi burada iki hissəyə parçalanıb. Naxçıvanla bağlı əfsanə və rəvayətlərə tez-tez rast gəlmək olar. Azərbaycanın memarlıq inciləri - XII əsrə aid Möminə Xatun türbəsi və Xan Sarayı da Naxçıvanda yerləşir. Ordubada aparan mənzərəli yollardan keçərək İlandağın haça zirvəsini görəcəksiniz. Əfsanələrə görə, Nuhun gəmisi məhz İlandağa dəyib. Yerli sakinlərin sizi səmimi qonaqpərvərliklə qarşılayacağından əmin olun.