Şəmkirdə alman irsi və ilboyu işləyən istixanalar
Yüksək keyfiyyətli meyvə və tərəvəzləri ilə tanınan Şəmkir bəzən “Azərbaycanın açıq səma altındakı istixanası” adlandırılır. Lakin bu şəhər yalnız məhsuldar torpaqları ilə deyil, həm də zəngin tarixi və mədəni irsi ilə seçilir. Şəmkir qərb bölgəsinin alman irsini, milli saz-söz ənənələrini və bir vaxtlar İpək Yolu üzərində yerləşmiş qədim şəhərin izlərini kəşf etmək üçün bənzərsiz məkandır. Şəmkir rayonu Göygöl kimi tam iki əsr öncə alman icmasının məskunlaşdığı yerlərdən biri olmuşdur. Belə ki, bu məkan alman memarlığının zəngin mədəni ruhunu bu gün də özündə əks etdirməyə davam edir. Eyni zamanda, Şəmkir səyyahları Kiçik Qafqaz dağlarının ətəklərinə doğru uzanan və hər döngəsində yeni bir mənzərə açan marşrutla unudulmaz bir səyahətə dəvət edir.







