təbiətin səssizliyində ruhunuzun dincliyi

Gündəlik işlərdən, ətrafdakı səs-küydən uzaqlaşıb təbiətlə baş-başa qalmaq müasir günümüzdə hər kəsin arzususdur. Bu arzunu təbiətin qoynunda istirahət üçün bütün lazımi imkanlara malik məkanda reallaşdırmaq isə sizə uzun müddətli dinclik bəxş edəcək. 

təbiətin səssizliyindəruhunuzun dincliyi

Ölkəmizin müxtəlif bölgələrində haykinq və kempinq etməklə təbiətin qoynunda istirahətdən zövq ala bilərsiniz. Amma bu fəaliyyətlər sizə bir qədər çətin gəlirsə və özünüzlə sadəcə kiçik çantanızı götürüb təbiətlə baş-başa qalmaq üçün səfərə çıxmaq istəyirsinizsə, bunun üçün də bölgələrimizə üz tuta bilərsiniz.

İsmayıllı rayonunda təbiətin ucqar guşələrindəki kabinə evlərdə müasir hotellərdə tapa biləcəyiniz imkanlarla qarşılaşacaqsınız. Sizdən tələb olunan yalnız telefonunuzu söndürərək sosial şəbəkələrdən uzaqlaşmaq və özünüzü təbiətin qoynuna atmaqdır. Burada həm təbii mühit, həm də yaradılan imkanlar ruhunuzun dincəlməsi, sevdiyiniz insanlarla ünsiyyət bağlarınızın möhkəmlənməsi üçün idealdır. Ailəliklə ocaq ətrafına yığışıb söhbətlər etmək, övladlarınızla çubuqda bişirməyi sınaqdan keçirmək, yaxud soyuq havada sizə yaxın insanlarla ünsiyyətdən isinmək üçün buraya üz tuta bilərsiniz.

Təbiət qoynunda bir neçə gün keçirmək üçün üz tuta biləcəyiniz başqa bir məkan Qəbələ rayonunun Vəndam kəndi ərazisindədir. Burada meşəlik ərazidə “A” formalı damları olan evlərin əhatəsində sanki başqa aləmə düşdüyünüzü hiss edəcəksiniz. Təbiətin səsini dinləmək və gümrahlığını ruhunuza çəkmək, terrasda günəşin şəfəqlərini qarşılamaq, tonqal ətrafında xatirəyə çevriləcək söhbətlər sizi buraya cəlb edəcək səbəblərin bəziləridir.

Ətraflı məlumat üçün:

Runaway House
Ünvan: İsmayıllı rayonu, Qalacıq kəndi
Tel.: +99455 255 2325 
runaway.house
instagram.com/runaway.house

Daxma.az
Ünvan: Qəbələ rayonu, Vəndam kəndi
Tel.: +99450 647 4522
instagram.com/daxma.az

QALEREYA

Təbiət ilə iç-içə rahat evlərdə ruhunuz dincəlsin

Göstər:
FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
17.3°C
Orta:
13.4 – 25.6°C / 56.1–78.1°F

Temperaturu hiss et

Hazırda:
17°C
Orta:
12.2 – 26.5°C / 54.0–79.7°F

Külək

Hazırda:
  • Buludlar və günəşin müşayiəti ilə olduqca isti-mülayim
  • Şimal
  • sürət 7.4 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Qış, yay

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

region və marşrut barədədaha ətraflı

Qəbələ
Qəbələ

Qəbələ

Şəhər həyatından bezmisinizsə, dərhal Qəbələyə yollanmalısınız. Burada şam meşələrinin əhatəsində ruhunuz tamamilə dincələcək. Daha ətraflı

İsmayıllı
İsmayıllı

İsmayıllı

İsmayıllı tarixi abidələr və gözəl təbiətlə bərabər, dadlı təamları ilə də məşhurdur. Bura gəlib bal, süd məhsulları və füsunkar şərabın dadına baxıb, Lahıc sənətkarlarının işləri ilə tanış olmaq mümkündür. Daha ətraflı

Şimal-qərb marşrutu
Şimal-qərb marşrutu

Şimal-qərb marşrutu

Böyük Qafqaz dağlarının cənub yamacı boyunca uzanan bu gözoxşayan marşrutla qədim səyyah və tacirlərin izi ilə gedəcəksiniz. Daha ətraflı

Macərayaxındadır

Hər səyahət yeni macəralarla zəngindir. Unudulmaz macəralarınızı Azərbaycanda yaşayın.

Macərayaxindadir.az Azərbaycanın maraqlı, əyləncəli və sərfəli təkliflərini sizin üçün bir yerə toplayıb.

xəbər bülletenimizə abunə olun