Dənizkənarı Bulvarda gəmi gəzintisi

Dənizkənarı Bulvar Bakının mütləq görülməli yerlərindən biridir. Kafelərdən tutmuş görkəmli Xalça Muzeyinə qədər bir çox gəzib-dolaşmalı məkanları kəşf etməklə bərabər, həm də yaddaqalan gəmi gəzintisinin dadını çıxara bilərsiniz. 

 

Dənizkənarı Bulvardagəmi gəzintisi

Bakı bulvarındaunudulmaz gəmi gəzintisi

Paytaxt şəhər Bakının Dənizkənarı Bulvarı mütləq görməli olduğunuz yerlərin siyahısının əvvəlində gəlir. Əsası 1909-cu ildə qoyulan göz işlədikcə uzanan Bakı bulvarı bu gün saysız kafe, restoran, muzey, ticarət mərkəzləri və bir çox digər attraksion və fəaliyyətlərə ev sahibliyi edən Bakı şəhərində qonaqların üz tutduğu ən sevimli istirahət zonasıdır. 113 yaşlı bulvar boyunca onu müşayiət edən Kiçik Venesiya, Xalça Muzeyi, Dəniz Mall və Şeytan çarxı qonaqlarda kəşf etmək üçün hər zaman xüsusi maraq yaradır. 

Dənizkənarı Bulvarın gözoxşayan mənzərəsinin əsl dadını Xəzərin rəvan sularında qısa gəmi gəzintisi ilə çıxarmaq imkanını mütləq dəyərləndirin. Gün ərzində dəniz sahili və Bakının bənzərsiz  memarlıq nümunələrinə heyran olacaq, axşamçağı isə sərin meh ilə rəqs edən şəhərin işıqların sehrinə qapılacaqsınız. Bu nəcib şəhərin nəfəs kəsən mənzərələrinə şahidlik etməklə yanaşı, sərinləşdirici içkilər və ya milli çay dəstgahı ilə dinclik tapa və gəmidə olan peşəkar fotoqrafın köməyilə xoş xatirələrinizi əbədiləşdirə bilərsiniz.  

Gəmi gəzintisi təxminən 30–40 dəqiqə davam edir və Mirvari gəmisi ilə həyata keçirilir. Gəminin tutumu 450 nəfərdir. Biletlərin qiyməti 5 və 10 AZN təşkil edir, 6 yaşadək uşaqlar üçün isə gəzinti pulsuzdur. Gəmi hər gün saat 14:00-dan 21:00-a qədər Dəniz Vağzalının qarşısından hərəkət edir. Küləkli hava şəraitində gəzinti keçirilmir.

Əlaqə nömrəsi:

+994 55 289 56 06

Bakı bulvarında | unudulmaz gəmi gəzintisi
QALEREYA

Bakı bulvarında unudulmaz gəmi gəzintisindən həzz alın

xəritədə bax

Bakıdadigər fəaliyyət növləri

Azərbaycanda vindsörfinq
Azərbaycanda vindsörfinq
Macəra və idman

Azərbaycanda vindsörfinq

Azərbaycanın ilk vindsörfinq məktəbi “Windsurfing Baku” Xəzərin bumbuz sularında həm gümrah qalmaq, həm də açıq... Daha ətraflı

Azərbaycanda dayvinq
Azərbaycanda dayvinq
Macəra və idman

Azərbaycanda dayvinq

Doqquz fərqli iqlim tipinin qovuşduğu Azərbaycan dalğıclar üçün unikal imkanlara və zəngin təbiətə malik ölkədir.... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Bakı
Bakı

Bakı

Qədimlik ilə müasirliyin vəhdəti olan Bakıya xoş gəlmisiniz. Küləklər şəhəri Bakıda hər kəsi səmalara ucalan Alov Qüllələri, YUNESKO-nun dünya mədəni irsi siyahısına salınmış İçərişəhər, onlarla tarixi və mədəni abidələr və daha bir çox maraqlı məqamlar gözləyir. Daha ətraflı

Şimal marşrutu
Şimal marşrutu

Şimal marşrutu

Bu marşrut Xəzər dənizi sahillərində yerləşən və daim hərəkətdə olan Bakıdan səmalara yüksələn Qafqaz dağlarına qədər uzanır. Marşrut boyunca sizi açıq havada əyləncəli fəaliyyət növləri, o cümlədən ekskursiyalar, kaytsörfinq və paraplan, kulinariya sürprizləri və ən gözəl mənzərələr gözləyir. Daha ətraflı

xəbər bülletenimizə abunə olun