ruhu gənc şəhərqədim diyar
Gəncənin mərkəzində Gəncə xanlığı, Rusiya imperiyası və sosialist klassisizmi stilindəki gözəl memarlıq nümunələri ilə bərabər, Səfəvilərin hakimiyyəti dövründə tikilmiş qədim məscid və hamamları görə bilərsiniz.
Gəncə zəngin tarixi ilə yanaşı, insanlarının gənc enerjisi ilə də seçilir. Burada məşhur qırmızı kərpicdən tikilmiş binalara heyran qala, Şərqdə yaradılmış ilk respublika olan Azərbaycan Demokratik Respublikasının irsi ilə yaxından tanış ola bilərsiniz. Eyni zamanda Gəncədə bir neçə universitet fəaliyyət göstərir, şəhər mərkəzində çoxsaylı dəbli kafe və art-məkanlar mövcuddur. XIX əsrə aid keçmiş lüteran kilsəsinin memarlıq binasında isə bu gün müasir Kukla teatrı yerləşir.
Gəncəni ilin bütün fəsillərində müxtəlif vasitələrlə ziyarət etmək mümkündür. Səyahətinizi daha rahat və komfortlu etmək üçün aşağıdakı marşrutlar üzrə hərəkət edən sərnişin qatarlarına üstünlük verə bilərsiniz:
- Gəncə–Qəbələ–Gəncə
- Gəncə–Mingəçevir–Ağstafa
- Bakı–Qazax–Bakı
Qatarların qrafiki və biletlər ilə bağlı ətraflı məlumatı ADY-nin rəsmi saytından əldə etmək mümkündür. Xoş istirahətlər!



















