Keçmişin melodiyasıFilarmoniya bağında
Bağ 1830-cu ildə salınıb. Onun abadlaşdırılması zamanı dünyanın müxtəlif yerlərindən bitkilər və münbit torpaq gətirilib. Beləliklə, zamanla palıd, sidr, göyrüş, çinar, maqnoliya və digər ağac növlərindən ibarət zəngin bitki kolleksiyası formalaşıb. Müxtəlif fəsillərdə çiçəklənən bitkilər isə bağın mənzərəsinə fərqli çalarlar qatır.
Ərazidə ən çox diqqət çəkən yerlərdən biri mərkəzdəki fəvvarədir. Ətrafındakı skamyalarda dincəlmək, yaşıllıq arasında xatirə fotoları çəkmək olar. Filarmoniya bağı həm də İçərişəhər, Bulvar və tarixi mərkəzin digər görməli yerlərini əhatə edən gəzinti marşrutuna rahatlıqla daxil edilə bilər.
Bağın adı da təsadüfi deyil: burada Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası yerləşir. Vaxtilə bağda konsertlər və teatr tamaşaları təşkil olunub, məkan Bakının mədəni həyatında xüsusi rol oynayıb. Bu gün də bağ Filarmoniyanın yaxınlığında yerləşməsi və tarixi mühitinə görə şəhərin musiqi irsi ilə sıx bağlılığını qoruyur.

















.jpg)
























































