mavi Xəzərdəyaxta gəzintisi
Gəzinti boyunca mavi dalğaların qoynunda Bakının seyrinə dalmaq və Xəzərin gözəlliyinə bir daha heyran olmaq sizə nadir yaşanacaq hisslər bəxş edəcək. Dənizkənarı Milli Parkdan başlayan yaxta gəzintisi Böyük Zirə adası sahillərinə qədər davam edir. Adanın yaxınlığında lövbər atdıqdan sonra burada günəş vannası qəbul edə, yaxud sakitlik içində balıq tutmağın zövqünü yaşa bilərsiniz. Təxminin 5-6 saat davam edən gəzinti zamanı yaxtada sizi sərin içkilərə, çaya və sendviçi qonaq edəcəklər, amma özünüzlə əvvəlcədən qida götürə bilərsiniz. Bundan başqa peşəkar kapitanın nəzarəti ilə yaxta sürmək təcrübəsini də sınamaq imkanınız olacaq. Xilasedici jiletlər və digər təhlükəsizlik ləvazimatları ilə təmin olunmuş yaxtada səfərin təhülkəsiz keçməsi üçün əvvəlcədən təlimatla tanış olacaqsınız.
Çox zaman sahildə dayanıb ləpələrini seyr etdiyiniz Xəzərin gözəlliyini daha yaxından duymaq və qeyri-adi təəssüratlarla yadda qalacaq təcrübə yaşamaq istəyirsinizsə, yaxta gəzintisinə çıxın.
Ətraflı məlumat üçün:
Tel.: +99450 235 0235