alpakalar arasında ruhi sakitlik

Vətəni Cənubi Amerikanın And dağları hesab olunan alpakalar ilə Şamaxı dağlarının qoynunda rastlaşmaq sizi təəccübləndirə bilər. Amma alpaka fermasına ekskursiyadan sonra xatirinizdə qalan təəccübünüz yox, xoş təəssüratlarınız olacaq.

Alpakalar arasındaruhi sakitlik

Üzümçülük və şərabçılıq ənənələri ilə tanınan Meysəri kəndində üzüm bağlarını gəzdikdən sonra yaşıl çəmənliklər arasında alpaka fermasında keçirdiyiniz anlar həm sizin, həm də övladlarınız üçün unudulmaz olacaq. Cənubi Amerikanın And dağları ərazisində geniş yayılmış alpakalar üçün burada yaşıl otlaqlar arasında münbit şərait yaradılmışdır. Kiçikdən böyüyə hamını özünə cəlb edən görünüşləri ilə alpakalar sanki yumşaq oyuncağa bənzəyir və onları görən kimi qucaqlamaq istəyəcəksiniz. 

Təbiətcə hər şey ilə maraqlanan alpakalar xasiyyətcə mülayimdirlər. Alpakaların bir-birləri ilə oynadıqları məzəli oyunlar, insanlarla mehribanlıq etmələri, onları qucaqlayaraq yumşaq yunlarını sığallamaq sizin üçün əsl terapiya olacaq. Fermada böyük alpaka ailəsi ilə tanış olmaq və onları yedizdirmək imkanı əldə edəcəksiniz. Burada sizə gündəlik yorğunluğunuzu, iş gərginliyini unutduracaq digər fəaliyyətlər isə yaşıl otların üstündə alpakaların arasında yoqa ilə məşğul olmaq, təbiət qoynunda piknik etmək olacaq. Alpakalar ilə çəkdirəcəyiniz və sosial şəbəkələrdə paylaşacağınız şəkillərin isə dostlarınızda qısqanclıq yaradacağından əmin ola bilərsiniz.
 
Ferma ərazisində müxtəlif attraksionların olduğu uşaq meydançasında balacalar əyləncəli anlarını davam etdirə bilərlər. Fermadakı mağazada satışda olan müxtəlif əl işləri, köynəklər, kepkalar və digər suvenirləri almaqla isə buradakı xatirələrinizi daha yaddaqalan edə bilərsiniz. 

Ətraflı məlumat üçün:
Şamaxı alpaka ferması
alpaca.az
Ünvan: Şamaxı rayonu, Meysəri kəndi
Tel.: +99450 822 1013
 

QALEREYA

Gündəlik yorğunluğu alpakaların əhatəsində unudun

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
26.4°C
Orta:
17.5 – 28.1°C / 63.5–82.6°F

Temperaturu hiss et

Hazırda:
29°C
Orta:
16.8 – 31.8°C / 62.2–89.2°F

Külək

Hazırda:
  • Buludlu
  • Şimal-Şimal-Şərq
  • sürət 9.3 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Yay

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

Şamaxıdadigər fəaliyyət növləri

Şamaxı dağlarında safari macərası
Şamaxı dağlarında safari macərası
Ailəvi istirahət

Şamaxı dağlarında safari macərası

Şamaxı səyahəti zamanı canlı təbiətlə daha yaxından ünsiyyət üçün Safari Parkını mütləq gedilməli yerlər siyahısına... Daha ətraflı

Şamaxı boyu tarixi marşrut
Şamaxı boyu tarixi marşrut
İncəsənət, mədəniyyət, irs

Şamaxı boyu tarixi marşrut

Şamaxıda Azərbaycan ərazisində uzun müddət mövcud olmuş Şirvanşahlar dövlətinin maddi mədəniyyət nümunələrinə rast gəlmək olar.... Daha ətraflı

Azərbaycanın ilk məscidini ziyarət
Azərbaycanın ilk məscidini ziyarət
İncəsənət, mədəniyyət, irs

Azərbaycanın ilk məscidini ziyarət

Şamaxıda yerləşən Cümə məscidi Azərbaycandakı ilk məsciddir və 743-744-cü illərdə inşa edilmişdir. Bərpa olunandan sonra... Daha ətraflı

Şamaxıda ulduzların seyri
Şamaxıda ulduzların seyri
İncəsənət, mədəniyyət, irs

Şamaxıda ulduzların seyri

Ulduzların və kainatın sirlərini kəşf etmək istəyirsinizsə, Şamaxı Astrofizika Rəsədxanasının qapıları üzünüzə açıqdır.  Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Şamaxı
Şamaxı

Şamaxı

Şirvanşahlar dövlətinin uzun müddət paytaxtı olmuş Şamaxı bu gün də keçmiş əzəməti və təbii gözəllikləri ilə heyran edir. Daha ətraflı

Şimal-qərb marşrutu
Şimal-qərb marşrutu

Şimal-qərb marşrutu

Böyük Qafqaz dağlarının cənub yamacı boyunca uzanan bu gözoxşayan marşrutla qədim səyyah və tacirlərin izi ilə gedəcəksiniz. Daha ətraflı

Macərayaxındadır

Hər səyahət yeni macəralarla zəngindir. Unudulmaz macəralarınızı Azərbaycanda yaşayın.

Macərayaxindadir.az Azərbaycanın maraqlı, əyləncəli və sərfəli təkliflərini sizin üçün bir yerə toplayıb.

xəbər bülletenimizə abunə olun