Lahıcda misgərlərlə ünsiyyət

Lahıcı Azərbaycanın misgərlik mərkəzi adlandırırlar. Əgər hələ də bu gözəl tarixi məkanda olmamısınızsa, növbəti səfər planınıza Lahıcı salmalısınız. İlk baxışdan aşiq olacağınıza əmin olun. 

Lahıcdamisgərlərlə ünsiyyət

Bakıdan təxminən üç saatlıq məsafədə, Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında, dəniz səviyyəsindən 1505 metr yüksəklikdə yerləşən kiçik Lahıc kəndi ziyarətçilərini qədim çay daşları ilə döşənmiş küçələri, daş evləri, suvenir mağazaları və el sənəti nümunələri ilə heyran qoyur. Keçmişdə lahıclılar 40-dan çox sənət növü, o cümlədən misgərlik, dəmirçilik, zərgərlik, xalçaçılıq, papaqçılıq və dabbağlıqla məşğul olublar. Qədim tarixə malik Lahıc indi də bütün Qafqazda və Yaxın Şərqdə satılan nadir mis qabları ilə tanınır. O vaxtlar ən mahir misgərlər ya Lahıcdan idi, ya da orada təhsil almışdı. Yay aylarında Lahıcın sərin dağ havası, füsunkar təbiəti turistləri daha çox cəlb edir. Lahıc mətbəxinə xas təamlar isə bu səfərə xüsusi ləzzət qatır. İsmayıllıda haykinq turların (Bakıdakı turizm şirkətləri tərəfindən təşkil edilmiş) bir çoxu ya buradan başlayır, ya da burada başa çatır.

Lahıcda | misgərlərlə ünsiyyət
QALEREYA

Lahıcın orta əsrə xas küçələrində maraqlı gün

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
11.3°C
Orta:
2 – 10.2°C / 35.6–50.4°F

Temperaturu hiss et

Hazırda:
10.7°C
Orta:
1.3 – 10.2°C / 34.3–50.4°F

Külək

Hazırda:
  • Qismən günəşli
  • Qəbr-Şimal-Qərb
  • sürət 9.3 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Yaz, yay, payız

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

İsmayıllıdadigər fəaliyyət növləri

Lakeside Garden – İsmayıllı
Lakeside Garden – İsmayıllı
Ailəvi istirahət

Lakeside Garden – İsmayıllı

Sevdiklərinizlə fərqli istirahət keçirmək, aqroekoturizm təcrübəsi yaşamaq üçün təbiət və tarix qoxan İsmayıllıda yeriniz hazırdır!... Daha ətraflı

Təbiətin səssizliyində ruhunuzun dincliyi
Təbiətin səssizliyində ruhunuzun dincliyi
Macəra və idman

Təbiətin səssizliyində ruhunuzun dincliyi

Gündəlik işlərdən, ətrafdakı səs-küydən uzaqlaşıb təbiətlə baş-başa qalmaq müasir günümüzdə hər kəsin arzususdur. Bu arzunu... Daha ətraflı

Basqalda kəlağayı master-klasları
Basqalda kəlağayı master-klasları
İncəsənət, mədəniyyət, irs

Basqalda kəlağayı master-klasları

YUNESKO-nun mədəni irsi siyahısına salınmış Azərbaycan kəlağayıları qadınların sevimli baş örtüyüdür. Amma kəlağayıların funksiyası yalnız... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

İsmayıllı
İsmayıllı

İsmayıllı

İsmayıllı tarixi abidələr və gözəl təbiətlə bərabər, dadlı təamları ilə də məşhurdur. Bura gəlib bal, süd məhsulları və füsunkar şərabın dadına baxıb, Lahıc sənətkarlarının işləri ilə tanış olmaq mümkündür. Daha ətraflı

Şimal-qərb marşrutu
Şimal-qərb marşrutu

Şimal-qərb marşrutu

Böyük Qafqaz dağlarının cənub yamacı boyunca uzanan bu gözoxşayan marşrutla qədim səyyah və tacirlərin izi ilə gedəcəksiniz. Daha ətraflı

xəbər bülletenimizə abunə olun