Xəzərin sahilindəincəsənət dünyası
YARAT Azərbaycanda müasir incəsənətin inkişafı və geniş auditoriya arasında təbliğ edilməsi sahəsində fəaliyyət göstərən, həmçinin Azərbaycan incəsənətinin ölkə sərhədlərindən kənarda təbliğ olunması ilə məşğul olan müasir incəsənət platformasıdır. 2015-ci ildən etibarən fəaliyyət göstərən YARAT sərgilər və seminarlar vasitəsilə Azərbaycan ictimaiyyətini müasir incəsənətlə tanış etməyi, həmçinin gənc yerli rəssamları bir araya gətirən və onların yaradıcılığının inkişafını dəstəkləyən incəsənət proqramları təşkil etməyi qarşısına məqsəd qoymuşdur.
Belə ki, Sovet dövründə hərbi donanmanın qərargahı və gəmilər üçün texniki baza kimi fəaliyyət göstərən bu binada müasir incəsənətin çiçəklənməsi üçün dəbdəbəli sərgi məkanı yaradılmışdır. Bakı Bulvarında yerləşən YARAT Müasir İncəsənət Mərkəzi il ərzində müxtəlif sərgilər, nümayişlər, performanslar və maarifləndirici tədbirlərə ev sahibliyi edir. YARAT layihəsinin əhatə etdiyi ARTIM Layihə Məkanı, YAY Qalereyası, XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyi, YARAT emalatxanalarında ilin müxtəlif vaxtlarında bir-birindən maraqlı sərgilərə tamaşa edə bilərsiniz. YARAT Müasir İncəsənət Mərkəzini həftənin bazar ertəsindən başqa bütün günlər saat 10:00-18:00-da ziyarət edə bilərsiniz.
Ətraflı məlumat üçün:
YARAT Müasir İncəsənət Məkanı
Ünvan: Bakı şəhəri, Dövlət Bayrağı Meydanı
Tel.: +99412 505 14 14