İvanovkadavelosipedlə gəzinti
Burada velosipedlə gəzinti ənənəvi velomarşrut anlayışından fərqlidir. Tələsməyə ehtiyac yoxdur — sadəcə irəli getmək və kəndi tədricən kəşf etmək kifayətdir: tarlalar, bağ sahələri, sakit həyətlər İvanovkanın gündəlik ritmi ilə birləşir.
Yol boyu kiçik fasilələr də bu təcrübənin bir hissəsinə çevrilir — yerli kafelərdə qısa istirahət və ya kənd məhsullarının satıldığı dükanlarda təbii süd məhsulları, ev istehsalı təamları dadmaq səfəri daha da yaddaqalan edir.
Marşrutu bir az uzatmaq istəyənlər üçün Aşıqbayramlı gölü istiqaməti xüsusilə tövsiyə olunur. Gün batımına yaxın burada mənzərə daha da gözəlləşir: gölün səssizliyi, sonsuz səmanın su səthində əksi və sakit atmosfer günü mükəmməl şəkildə tamamlayır.
İvanovka həm komfortlu, həm də aktiv istirahət üçün uyğun məkandır, amma burada əsas qayda dəyişmir — tələsməmək. Məhz buna görə İvanovkanı velosiped üzərində, rahat tempdə kəşf etməyi tövsiyə edirik. Getdik?
Əlavə məlumat və velosiped icarəsi üçün:
İsmayıllı Regional Turizm İdarəsi
Tel.: +994 51 776 26 18
Banu Məsimova
Tel.: +994 50 748 05 95
Nikolay Çebotayev
Tel.: +994 70 949 66 03
İlqar Nuriyev
Tel.: +994 51 431 89 66









