tarixin mirası Diri Baba türbəsi

Özünəməxsus memarlığı və tarixi əhəmiyyəti ilə seçilən Diri Baba türbəsi bu gün də çoxsaylı ziyarətçilərin axınına məruz qalır.

tarixin mirasıDiri Baba türbəsi

1402-ci ildə Şirvanşah I İbrahimin göstərişi ilə inşa edilmiş Diri Baba türbəsi Şirvan-Abşeron memarlıq məktəbinin incilərindən hesab olunur. Qobustan rayonunun Qobustan şəhərində yerləşən, dağın döşündə tikilmiş ikimərtəbəli türbə memarlıq obrazının orijinallığı, tikinti kompozisiyasının təkraredilməzliyi və ətraf mühit ilə sıx əlaqəsinin olmasına görə Azərbaycan memarlığı tarixində xüsusi yer tutur.

Türbəni günbəz sərdabələr növünə aid etmək olar. Bu qrupa aid tikintilərin bir ümumi xüsusiyyəti var ki, bu da günbəz zalın kvadratşəkilli divarının olmasıdır. Orta əsrlərdə Diri Baba türbəsini ziyarət etmiş səyyahlar, Adam Oleari, Kornelis de Bruyn, Övliya Çələbinin qeyd etdiklərinə görə bu türbədə XIV əsrin sonunda hər kəsin hörmət etdiyi bir şeyx yaşayıb. Türbə də onun ölümündən sonra inşa edilib. Abidənin məşhurlarışmasına səbəb isə şeyxin ölümündən sonra haqqında yayılan sirli rəvayətlər olmuşdur.

Diri Baba türbəsi tarixi İpək Yolunun üzərində yerləşdiyi üçün illər boyunca səyyahların və tacirlərin ziyarətgahına çevrilmiş, şöhrəti ətraf ölkələrə yayılmışdır.

QALEREYA

Altı yüz yaşlı Diri Baba türbəsinin sirlərini öyrənməyə tələsin

xəritədə bax

xəbər bülletenimizə abunə olun