Şamaxı dağlarında safari macərası

Şamaxı səyahəti zamanı canlı təbiətlə daha yaxından ünsiyyət üçün Safari Parkını mütləq gedilməli yerlər siyahısına daxil edin. Yolsuzluq avtomobilində tura çıxaraq vəhşi heyvanları təbii mühitdə seyr etmək şəhərin dinamik həyatından ayrılmaq üçün əla seçim olacaq.

Şamaxı dağlarındasafari macərası

ŞamaxıSafari Parkı

Şamaxıda olarkən buranın gözəl təbiəti ilə tanışlıqdan sonra fauna aləmi ilə ünsiyyətdə olmaq və əsl safari macərasını yaşamaq səfərinizə əlavə rəng qatacaq. Şamaxı Safari Parkı Pirqulu dağ-meşə massivində 1000 hektardan çox ərazini əhatə edir və burada müxtəlif ölkələrdən gətirilmiş nəcib maral, lan, muflon, Altay maralı, alpaka, lama, bizon, zubr, yak kimi 1000 başdan çox heyvan yerli təbiətə uyğunlaşdırılmış halda yaşayır. Safari Parkına baş çəkməklə təbiət qoynunda dincələ, vəhşi heyvanları təbii mühitdə seyr edə və şəkillərini çəkə bilərsiniz. Parkın ərazisini gəzmək və heyvanları seyr etmək üçün avtobusla qrup halında və yolsuzluq avtomobilləri ilə fərdi turlar təklif olunur. Turlar zamanı parkın ərazisində yaşayan heyvanların böyük əksəriyyətini müşahidə etməklə yanaşı, onlardan bəzilərini yemləmək imkanınız da olacaq. Turdan kənar vaxtlarda atıcılıq bacarıqlarınızı sınaya və restoranda ləziz təamları dada bilərsiniz. Parka giriş saatları günün uzunluğu və hava şəraitindən asılı olaraq fəsillərə görə dəyişdiyi üçün səfər etməmişdən əvvəl gişir-çıxış saatları ilə tanış olmağınız, eyni zamanda hava şəraitini nəzərə almaqla rahat geyimdə və idman ayaqqabılarında gəlməyiniz tövsiyə olunur.

Ətraflı məlumat və rezervasiya üçün:
Şamaxı Safari Parkı
Şamaxı rayonu, Pirqulu-Dəmirçi yolu
Tel.: +99450 801 1717;  +99499 801 1717

Şamaxı | Safari Parkı
QALEREYA

Şamaxı dağlarında canlı təbiət ilə ünsiyyət

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
0.7°C
Orta:
-2.3 – 1.9°C / 27.9–35.4°F

Temperaturu hiss et

Hazırda:
-1.2°C
Orta:
-4.6 – -1.4°C / 23.7–29.5°F

Külək

Hazırda:
  • Əsasən günəşli
  • Şimal-Şimal-Qərb
  • sürət 13 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Yay

xəritədə bax

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

Şamaxıdadigər fəaliyyət növləri

Alpakalar arasında ruhi sakitlik
Alpakalar arasında ruhi sakitlik
Uşaqlarla əyləncə

Alpakalar arasında ruhi sakitlik

Vətəni Cənubi Amerikanın And dağları hesab olunan alpakalar ilə Şamaxı dağlarının qoynunda rastlaşmaq sizi təəccübləndirə... Daha ətraflı

Şamaxı boyu tarixi marşrut
Şamaxı boyu tarixi marşrut
İncəsənət, mədəniyyət, irs

Şamaxı boyu tarixi marşrut

Şamaxıda Azərbaycan ərazisində uzun müddət mövcud olmuş Şirvanşahlar dövlətinin maddi mədəniyyət nümunələrinə rast gəlmək olar.... Daha ətraflı

Azərbaycanın ilk məscidini ziyarət
Azərbaycanın ilk məscidini ziyarət
İncəsənət, mədəniyyət, irs

Azərbaycanın ilk məscidini ziyarət

Şamaxıda yerləşən Cümə məscidi Azərbaycandakı ilk məsciddir və 743-744-cü illərdə inşa edilmişdir. Bərpa olunandan sonra... Daha ətraflı

Şamaxıda ulduzların seyri
Şamaxıda ulduzların seyri
İncəsənət, mədəniyyət, irs

Şamaxıda ulduzların seyri

Ulduzların və kainatın sirlərini kəşf etmək istəyirsinizsə, Şamaxı Astrofizika Rəsədxanasının qapıları üzünüzə açıqdır.  Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Şamaxı
Şamaxı

Şamaxı

Şirvanşahlar dövlətinin uzun müddət paytaxtı olmuş Şamaxı bu gün də keçmiş əzəməti və təbii gözəllikləri ilə heyran edir. Daha ətraflı

Şimal-qərb marşrutu
Şimal-qərb marşrutu

Şimal-qərb marşrutu

Böyük Qafqaz dağlarının cənub yamacı boyunca uzanan bu gözoxşayan marşrutla qədim səyyah və tacirlərin izi ilə gedəcəksiniz. Daha ətraflı

xəbər bülletenimizə abunə olun