dəmir yolu tarixinəsəyahət
2019-cu ildən öz qapılarını ictimaiyyətə açan Azərbaycan Dəmiryol Muzeyində 3 eksponat zalı, 2 kino zalı və 1 suvenir mağazası yerləşir. Eksponat zallarında Azərbaycanın dəmir yolu şəbəkəsinin tarixini və inkişaf mərhələlərini əks etdirən qatar və dəmir yolu maketləri, arxiv fotoşəkillər və videomateriallar nümayiş olunur. Belə ki, muzey əşyalarına baxıb məlumatlar ilə tanış olarkən özünüzü XIX əsrdə hiss edəcəksiniz.
Muzeyi gəzərkən siz dəmir yolu ilə bağlı əşyalarla əhatə olunan yeni bir aləmə qərq olacaqsınız. Burada siz təkrarsız eksponatlar – Zaqafqaziya dəmir yolunun tarixi xəritəsi, 1885-ci ildən 1964-cü ilədək dəmiryolçulara məxsus iş geyimləri ilə tanış olacaq, dəmir yollarının tarixi və texniki xüsusiyyətləri və I və II Dünya müharibələri dövründə əhəmiyyəti haqqında məlumat əldə edəcəksiniz.
Muzey sənədli və bədii film sevənləri də unutmayıb. Belə ki, muzeyin kino zallarında ziyarətçilər Azərbaycanda dəmir yollarının tarixi inkişaf yoluna və bu yoldakı əlamətdar hadisələrə şahidlik edə bilərlər.
Ətraflı məlumat üçün:
Ünvan: Puşkin küçəsi, Cəfər Cabbarlı meydanı
Tel: 1822
İş qrafiki: Bazar ertəsi-şənbə, 10:00-18:00