atıcılıq mərkəzində adrenalin dolu atıcılıq təcrübəsi

Kimlər ki, həyatda hədəfi həmişə gözündən vurmağa öyrəşib, Bakı Atıcılıq Mərkəzi məhz onlar üçündür!

atıcılıq mərkəzindəadrenalin dolu atıcılıq təcrübəsi

Bakı Atıcılıq Mərkəzindəadrenalin hissini yaşayın

Atıcılıq başqa idman növlərinə, digər hobbilərə bənzəmir. Hədəfi ilk dəfə gözündən nişan aldığınız an unudulmaz atıcılıq təcrübəsi, bol əyləncə və adrenalin vəd edir. Avropada ən böyük atıcılıq komplekslərindən biri olan Bakı Atıcılıq Mərkəzində atıcılıq bacarığınızı sınaya, sərrast atıcılığı öyrənə və maraqlı gün keçirə bilərsiniz. İnteryer dizaynı ilə gözoxşayan mərkəzdə həm açıq havada, həm də qapalı poliqonda idmanın güllə və stend atıcılığı növləri üzrə yarışlar və məşqlər keçirilir. Burada qonaqlara güllə atıcılığı ilə bərabər tir atıcılığı xidmətləri təklif edilir. Güllə atıcılığı sahəsində 10, 25, 50 və 300 metr məsafə üzrə atış tirlərindən istifadə etmək mümkündür. Tirlərdə yarışan qonaqların sayı məhz bu məsafələr üzərindən təyin edilir. Stend atıcılığı sahəsində 5 atış meydançası inşa edilib və atış hərəkətləri üçün 75 hədəftullayıcı avadanlıq quraşdırılıb.

Məşqlərə başlamazdan öncə qonaqlara təlimatçılar tərəfindən xüsusi təlim keçirilir və təhlükəsizlik qaydaları izah olunur və bundan sonra qonaqlar öz məharətlərini sərgiləmək üçün tam hazır olurlar. Təlim və atıcılıq müddətində hər bir qonaq fərdi bələdçi ilə müşahidə olunur. Eyni zamanda mərkəzdə 13 yaşdan yuxarı atıcılığa maraq göstərən gənclər üçün atıcılığı öyrənmək və yarışlarda təmsil olunmaq kimi geniş imkanlar yaradılıb. Bura, həmçinin yüksək səviyyədə komanda quruculuğunun keçirilməsi üçün də əlverişlidir. Mübarizə dolu komanda yarışları arbitrların nəzarəti altında keçirilir və yarımfinal və final mərhələlərinin nəticələri də onlar tərəfindən hesablanır.

Mərkəzin dörd mərtəbə və terrasdan ibarət mehmanxana binası idmançılar və məşqçilər, həmçinin qonaqların gecələməsi və istirahəti üçün istifadəyə verilib. Binada müxtəlif funksional sahələr - kafe, VIP gözləmə və istirahət, tədris, dopinq yoxlama, silah saxlama, konfrans və mətbuat zalları, tibb məntəqəsi və fitnes zalı fəaliyyət göstərir. 

Həm fərdi, həm də qrup turlarına qoşularaq Atıcılıq Mərkəzinin qonağı ola bilərsiniz. Qrup turları üçün öncədən rezervasiya tövsiyə olunandır.

Ətraflı məlumat üçün:
Ünvan: Binəqədi rayonu, Sumqayıt şosesi 3D
Tel.: +99412 565 5617; +99412 565 5620; +99470 265 5620
Rezervasiya: +99455 207 01 90
Instagram: https://instagram.com/baku.shooting.center 

 

Bakı Atıcılıq Mərkəzində | adrenalin hissini yaşayın
QALEREYA

Bakı Atıcılıq Mərkəzində adrenalin hissini yaşayın

xəritədə bax

Bakıdadigər fəaliyyət növləri

naxışlardakı ilhamvericilik  Kilimçi studiyası
naxışlardakı ilhamvericilik Kilimçi studiyası
Xalq sənətkarlığı

naxışlardakı ilhamvericilik Kilimçi studiyası

Azərbaycanın zəngin mədəni irsini Kilimçi Studiyasında kəşf edin! 2016-cı ildən bəri fəaliyyət göstərən bu yaradıcılıq məkanı xalçaçılıq, dulusçuluq, kəlağayı... Daha ətraflı

müasir incəsənət rənglərin dili ilə
müasir incəsənət rənglərin dili ilə
Muzeylər və qalereyalar

müasir incəsənət rənglərin dili ilə

Bakıda qalereyaların və incəsənət məkanlarının sayı ilbəil artır. Həftəsonu bu qalereyalara baş çəkərək müasir Azərbaycan... Daha ətraflı

Bakıda seçilən bitki mənşəli qida restoranları
Bakıda seçilən bitki mənşəli qida restoranları
Qida, içki və gecə həyatı

Bakıda seçilən bitki mənşəli qida restoranları

Bakının mədəni həyatı canlandıqca onun mətbəxi də dünya kulinariya nümunələri, eləcə də bitki mənşəli xörəklər... Daha ətraflı

dəmir yolu tarixinə səyahət
dəmir yolu tarixinə səyahət
Muzeylər və qalereyalar

dəmir yolu tarixinə səyahət

Şəhərin mərkəzində 28 May stansiyasının yaxınlığında yerləşən Azərbaycan Dəmiryol Muzeyi ziyarətçilərə Azərbaycanda dəmir yolu nəqliyyatının... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Bakı
Bakı

Bakı

Qədimlik ilə müasirliyin vəhdəti olan Bakıya xoş gəlmisiniz. Küləklər şəhəri Bakıda hər kəsi səmalara ucalan Alov Qüllələri, YUNESKO-nun dünya mədəni irsi siyahısına salınmış İçərişəhər, onlarla tarixi və mədəni abidələr və daha bir çox maraqlı məqamlar gözləyir. Daha ətraflı

Şimal marşrutu
Şimal marşrutu

Şimal marşrutu

Bu marşrut Xəzər dənizi sahillərində yerləşən və daim hərəkətdə olan Bakıdan səmalara yüksələn Qafqaz dağlarına qədər uzanır. Marşrut boyunca sizi açıq havada əyləncəli fəaliyyət növləri, o cümlədən ekskursiyalar, kaytsörfinq və paraplan, kulinariya sürprizləri və ən gözəl mənzərələr gözləyir. Daha ətraflı

xəbər bülletenimizə abunə olun