quşlarla zənginAbşeron sahilləri
Abşeron Milli Parkı ölkəmizin ən kiçik milli parkı olsa da (783 hektar), burada kifayət qədər quş növünə rast gəlmək olar. Azərbaycanın ucqar şərq nöqtəsinin də yerləşdiyi Abşeron Milli Parkı eyniadlı yarımadanın təbiəti ilə tanış olmaq üçün unikal yerdir. Milli Parkın landşaftı əsasən sahilyanı bataqlıq və yarımsəhradır. Buraya səfər edəcək quş müşahidəçiləri qağayılar, susüpürənlər, ördəklər və bataqlıq quşları, həmçinin müxtəlif yırtıcı quş növlərini görə bilərlər. Milli Parkın ərazisində məskunlaşan quşların əksəriyyəti Xəzər dənizi sahili boyunca miqrasiya edən quşlardır. Buna baxmayaraq, bataqlıq bayquşu burada yuva quran quşlardandır və hətta payızda da müşahidə edilə bilər. Quşlardan əlavə, Milli Parkda bir çox maraqlı fauna növlərinə – ceyran, canavar, çaqqal, Xəzər tısbağası, gürzə və damalı suilanına rast gəlmək mümkündür.
Əraziyə xas quşlar
Qırmızıboyun batağan (Podiceps auritus)
Bataqlıq bayquşu (Asio flammeus)
İri qarabatdaq (Phalacrocorax carbo)
İri ağ vağ (Ardea alba)
Boz vağ (Ardea cinerea)
Yaşılbaş ördək (Anas platyrhynchos)
Fitçi cürə (Anas crecca)
Fısıldayan qu (Cygnus olor)
Kürən vağ (Ardea purpurea)
Ən uyğun dövrlər
Aprelin ortalarından mayın ortalarına qədər olan müddət ən uyğun dövr hesab olunur. Noyabrın yağışsız və küləksiz günləri də quş müşahidəsi üçün əlverişlidir. Yanvarın ortaları – fevralın sonu isə flaminqo kimi qışlamağa buraya üz tutan quş növlərini görmək mümkündür.
Gecələmə
Gecələmək üçün paytaxta yerləşən müxtəlif yerləşdirmə müəssisələrindən özünüzə uyğun olanını seçə bilərsiniz.