balacalarla Bakı tətiliəyləncə hər addımda
Bakı təkcə qədim tarixə malik küləklər şəhəri deyil, həm də ailəvi istirahət üçün əsl cənnətdir. Burada hər kəs ürəyincə əylənə və yeni təcrübələr qazana bilər. Gözəl anlar və sevinc dolu unudulmaz macəralar sizi gözləyir!
Səyahətinizə Kinderland uşaq əyləncə mərkəzindən başlayın. Burada uşaqlar həkimdən pilotadək 60-dan çox müxtəlif peşəni sınamaq imkanı əldə edirlər! 5000 m² sahəsi olan bu kiçik şəhər uşağınıza həm əyləncə bəxş edir, həm də cəmiyyətin quruluşu barədə dəyərli biliklər qazandırır. Kinderland Shuvelan Mini isə Şüvəlan Park Mall-da yerləşir. Bu məkanda da kiçik tədqiqatçılar yeni peşələri öyrənməyə davam edə, yaradıcı master-klaslarda iştirak edə və öz istedadlarını kəşf edə biləcəklər.
Daha sonra Crescent Mall ticarət mərkəzinin Hello Park-ına baş çəkin. Burada 3-12 yaşda uşaqları rəngarəng proyeksiyalar və maraqlı oyunlar gözləyir. Daha kiçik uşaqlar üçün isə Kid City adlı yumşaq meydança, qum hovuzu və sürüşkənlərdən ibarət təhlükəsiz və rahat oyun sahəsi mövcuddur.
Əgər uşağınız sürət və yarışlara maraq göstərirsə, Deniz Karting-ə yollanmağı unutmayın. Burada təcrübəsi olmayanlar belə təhlükəsiz bolidlərlə real yarış trasında adrenalin hissini yaşaya biləcəklər. Komanda ruhunu sevənlər üçün isə Laser Tag əla seçimdir — lazer silahları və LED sensorlarla dolu həyəcanlı missiyalar balacalara unudulmaz anlar yaşadacaq. Əlavə olaraq, Deniz Mall-da yerləşən nəhəng sürüşkənlər həm uşaqlar, həm də böyüklər üçün əsl əyləncə məkanıdır.
Amburan Mall ticarət mərkəzində yerləşən Amburan Kids kompleksində də hər uşaq özünə uyğun əyləncə tapa bilər. Balacalar Sweet City-də rəngarəng tunellər və yumşaq sürüşkənlərdən zövq alır, Builder City-də ev tikintisi ilə məşğul olur, Motor City-də isə mini avtomobillərlə yarışırlar. Macəra və aktiv istirahət sevənlər üçün Macəra Adası – üçmərtəbəli parkur və ekstremal oyun kompleksi, həmçinin qayayadırmanma və sərbəst atlanma imkanları ilə unikal məkan kimi diqqət çəkir.
Bakı uşaqların arzularının gerçəkləşdiyi şəhərdir! Övladlarınıza unudulmaz, rəngarəng təəssüratlarla dolu yeni kəşflər hədiyyə edin.
Sayta keçid edin