Gözəl təbiət qoynunda istirahət imkanını əldən buraxmayın
Azərbaycanın ən məşhur kurortlarından birinə xoş gəlmişsiniz! Qışda Qafqaz dağlarında xizəkçilik və snoubordinqlə, yayda isə bir çox adrenalin dolu fəaliyyətlərlə, o cümlədən kvadrasikl, atıcılıq, paraplanla məşğul ola və gəzintilərdə iştirak edə bilərsiniz. Bir çox hotellər mükəmməl üzgüçülük hovuzları və spalara sahibdir. “Yengice Thermal Resort Hotel”, “Chenot Palace” kimi istirahət komplekslərinə baş çəksəniz, termal sulardan yararlanmaq, müalicəvi neft vannaları qəbul etmək və şiroterapiya kurslarına qatılmaq imkanı əldə edəcəksiniz.
Qəbələni ilin bütün fəsillərində müxtəlif vasitələrlə ziyarət etmək mümkündür. Səyahətinizi daha rahat və komfortlu etmək üçün Bakı–Qəbələ–Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarına üstünlük verə bilərsiniz. Həmçinin Qəbələyə, Bakı–Qazax qatarı ilə Ləki stansiyasına gəlib, oradan Gəncə–Qəbələ qatarına minərək çatmaq olar.
Qatarların qrafiki və biletlərlə bağlı ətraflı məlumatı ADY-nin rəsmi saytından əldə etmək mümkündür. Xoş istirahətlər!












