məşhur bitki mənşəliqida məkanları
Bakıda yerləşən bir sıra restoranlarda artıq həm beynəlxalq, həm də ənənəvi Azərbaycan mətbəxinin vegetarian və veqanlar üçün nəzərdə tutulmuş təamlarından dadmaq mümkündür. Daha sağlam və ekoloji cəhətdən daha təmiz pəhrizə yönələn bu dəyişiklik Bakının dinamik mətbəx mədəniyyətinin və bu mədəniyyətdə tarixən mövcud olmuş ənənələrin yenilikçi ləzzətlər ilə harmoniyasının sübutudur.
Bakının bitki mənşəli qida menyuları təklif edən restoranlarından Manipura Cafe öz mehriban, rahat ab-havası və ləzzətli veqan yeməkləri ilə seçilir. Restoranın menyusu veqan plov, ev üsulu ilə hazırlanan rizotto və veqan burger (ev üsulu ilə hazırlanan çörək, şirəli ətsiz kotlet) kimi müxtəlif seçimlərdən ibarətdir. Ayurveda prinsiplərinə əsaslanan və qidalanmaya universal yanaşma nümayiş etdirən De Rama Cafe başqa bir diqqətəlayiq məkandır. Burada əsas diqqət həm bədəni, həm də zehni qidalandıran balanslaşdırılmış pəhrizə yönəlib. Xüsusilə ənənəvi yarpaq dolmasının vegetarian versiyasını yoxlamağı məsləhət görürük. Sonuncu olaraq, Sea Breeze-də Nine Senses incəsənət mərkəzində yerləşən Vida Cafe kulinariya sənəti ilə sağlam həyat tərzini bir araya gətirir. 45% veqan və 45% vegetarian seçimlərdən ibarət menyusu ilə Vida Café müxtəlif çeşidli, ləzzətli, həm də sağlam yeməklər təklif edir və bu, sağlam qidalananlar üçün əla seçimdir.
Bakının qeyri-heyvan mənşəli məhsullardan hazırlanan yeməklər təklif edən restoranları şəhərin sağlam həyat və ekoloji cəhətdən təmiz təcrübələrə müsbət münasibətini əks etdirir. İstər yerli sakin, istərsə də Azərbaycanı ilk dəfə kəşf edən qonaq olmağınızdan asılı olmayaraq, bu restoranlarda siz geniş spektrli dadları və yenilikçi kulinariya yanaşmalarını ehtiva edən bitki mənşəli qida seçimlərindən zövq alacaqsınız. Şəhər inkişaf etdikcə onun mətbəxi də hər bir kəsin dad tumurcuqlarına xitab edən müxtəlif və ləziz xörəklər ilə zənginləşir.