Car – Honzoqor – Qəbizdərə marşrutu üzrə haykinq

Marşrut 3 tərəfi dağlarla əhatə olunmuş Car kəndindən başlayır, Honzoqor yaylağında çoban alaçıqları arasından keçərək Qəbizdərə kəndində başa çatır. 

Car – Honzoqor – Qəbizdərə marşrutuüzrə haykinq

Car – Honzoqor – Qəbizdərə marşrutu

Car kəndinin ən məşhur abidəsi Cingöz, Çingiz və ya Cigiz adlı 16-cə əsrə aid kiçik qaladır. Qəbizdərədə isə Azərbaycanın ən gursulu şəlalələrindən biri yerləşir. Qəbizdərəyə gedən yol boyu meşə və yaylaqlardan, ətraf dağların və geniş meşəli dərələrin füsunkar mənzərələrindən zövq alacaqsınız. Yürüş uzun və fiziki cəhətdən yorucu olsa da, texniki asandır – cığırlar hər yerdə aydın sezilir və tam işarələnib.

Xəritəni yükləyin

MƏSAFƏ: 15,6 KM

YOXUŞ: 1000 M

ENİŞ: 1350 M

MAKS. HÜNDÜRLÜK: 1850 M

MİN. HÜNDÜRLÜK: 550 M

MÜDDƏT: 8 SAAT

 

Başlanğıc nöqtəsindən başlayaraq işarələri izləyərək kəndin içi ilə davam edin. İrəlidə kənddən çıxıb, kiçik çayı keçdikdən sonra (1-ci km-də) sola – meşənin içinə doğru dik dolayı cığır qalxmağa başlayır. 2 km irəlidə açıqlığa çıxan cığır sağa dönərək meşəli dərələrlə əhatələnən açıq sirtlə davam edir və 4 km irəlidə meşə zolağından yuxarı həddinə çatdıqda sola meyl edir (subalp çəmənlikləri). Buradan Zaqatala Dövlət Qoruğunun əsrərəngiz mənzərəsi açılır – meşəli geniş dərələr və başıqarlı dağlar. Sola doğru bir az yoxuş qalxıb dağın sağ yamacı ilə köndələn davam edən cığır 2 km irəlidə Honzoqar yaylağına çatır. 

Honzoqor yaylağından Qəbizdərə kəndinə düşən cığır komaların şərq qurtacağından başlayır və bir az irəlidə düşərgə yerindən keçərək meşəyə düşür. Dolayı cığır meşənin içi ilə 2 km irəlilədikdən sonra meşə yoluna çıxır və 3,5 km sonra kəndə çatır.

Ətraf cığırlar

Ətraf ərazilər Zaqatala Dövlət Qoruğu və sərhəd mühafizə zolağı olduğu üçün işarələnməmiş marşrutlarla hərəkət etmək olmaz. 

Mövsüm
May – sentyabr ayları hava şəraiti və günün uzunluğu baxımından ən uyğun vaxtlardır. Marşrut boyunca yalnız Honzoqor yaylağında kompakt şəkildə 20-30 çoban təsərrüfatı olur. Ətrafda insanlar çox olduğundan gündüz saatlarında itlər təhlükəli deyil. May və sentyabr aylarında çobanların dağda olub-olmadığını yerli camaatla dəqiqləşdirə bilərsiniz. İtlərlə ehtiyatlı davrandıqda bu çoban alaçıqları isti sığınacaq və ya “məlumat mərkəzi” ola bilər. Çadırınız olmasa, boş qalan sığınacaqlardan birində qalmaq üçün çobanlardan xahiş edə bilərsiniz (adətən boş sığınacaq olur). Digər mövsümlərdə də boş sığınacaq tapıb qalmaq olar.

Ümumilikdə, il boyunca bu marşrutla getmək mümkün olsa da, qış aylarında daha çox hazırlıq tələb edəcək. Qış, yaz və payız aylarında hava proqnozunu daha diqqətlə yoxlamağınız, qida, geyim, ləvazimat (çadır, yataq kisəsi və s.) hazırlığı görməyiniz vacibdir. Soyuq və qısa qış günlərində bu marşrutu bir günə bitirmək çox çətin və riskli olduğuna görə uyğun çadır hazırlığı görmədən yola çıxmağınız məsləhət görülmür. 


Qida və gecələmə
Hər iki kəndin ərazisində kiçik dükanlar, kafe və restoranlar fəaliyyət göstərir. Gecələmək üçün qonaq evləri, hotel və digər yerləşdirmə müəssisələri, eləcə də kafe və restoranların yerini xəritədə tapa bilərsiniz.

Su
Cığır boyunca azı 3 yerdə su mənbəyi var. Yaylağa çıxana qədər adambaşı 1-2 litr su götürmək kifayətdir. Yaylaq və yolüstü bulaqlar su ehtiyatınızı artırmağa imkan verəcək.

Nəqliyyat
Zaqatala şəhərindən Car kəndinə mikroavtobusla, (gediş haqqı – 0,30 AZN), yaxud taksi ilə getmək mümkündür (4-7 AZN). Şəhər mərkəzindən “Daşlıq” restoranına kimi (Car kəndinin başlanğıcı) 4 AZN-ə, “Mənzərə” restoranına (kəndin başı) kimi isə 7 AZN-ə getmək olar.

İcazələr və xüsusi mühafizə edilən ərazilər
Bu marşrutla hərəkət etmək üçün öncədən heç bir icazə almaq tələb edilmir. Marşrut xüsusi mühafizə olunan təbiət ərazilərindən, eləcə də sərhəd mühafizə zolağından keçmir və cığır boyunca heç bir yerdə daimi sərhəd mühafizə postu yoxdur. Sərhədçilərlə qarşılaşdıqda sənədləri göstərib, hərəkət marşrutunu izah etmək lazımdır.

Qalereya

Car – Honzoqor – Qəbizdərə marşrutu

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
9.2°C
Orta:
4 – 10.7°C / 39.2–51.3°F

Temperaturu hiss et

Hazırda:
3.8°C
Orta:
2.2 – 7°C / 36.0–44.6°F

Külək

Hazırda:
  • Low clouds and breezy
  • Cənub
  • sürət 24.1 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

Yerləşdirməvə qida

Göstər:

Zaqataladadigər fəaliyyət növləri

Mənzərələri ilə ovsunlayan Qəbizdərə kəndi
Mənzərələri ilə ovsunlayan Qəbizdərə kəndi
Haykinq imkanları

Mənzərələri ilə ovsunlayan Qəbizdərə kəndi

Nə gözəldir şəhərin təlaşından uzaqda, yaşılın rəng-rəng çalarları arasında həm gəzib dolaşmaq, həm də dincəlmək.... Daha ətraflı

Zaqatalada forel balığı ovu
Zaqatalada forel balığı ovu
Kulinariya master-klasları

Zaqatalada forel balığı ovu

The Zagatala Trout Fish Farm is a special agritourism site in Azerbaijan’s lush North West... Daha ətraflı

“Qızılgüllər diyarı” Zaqatala
“Qızılgüllər diyarı” Zaqatala
Təbiət qoynunda istirahət

“Qızılgüllər diyarı” Zaqatala

Göz işlədikcə uzanan gül plantasiyaları və ətrini ciyərlərinizə çəkməkdən doymayacağınız qızılgül və lavandalar. Bura Bolqarıstan,... Daha ətraflı

Qəbizdərə – Honzoqor – Car marşrutu
Qəbizdərə – Honzoqor – Car marşrutu
İşarələnmiş marşrutlar

Qəbizdərə – Honzoqor – Car marşrutu

Marşrut Qəbizdərə kəndindən başlayır, Honzoqor yaylağında çoban alaçıqları arasından keçərək 3 tərəfi dağlarla əhatə olunmuş... Daha ətraflı

Şimal-qərb bölgəsində dad dünyasına səyahət
Şimal-qərb bölgəsində dad dünyasına səyahət
Qida, içki və gecə həyatı

Şimal-qərb bölgəsində dad dünyasına səyahət

Şimal-qərb bölgəmizin mətbəxi çoxsaylı yemək çeşidi ilə seçilir. Burada unikal hazırlanma metoduna malik sürhüllünü dada... Daha ətraflı

Zaqatalada ötən əsrlərə səyahət
Zaqatalada ötən əsrlərə səyahət
Ailəvi istirahət

Zaqatalada ötən əsrlərə səyahət

Gözəl təbiətə malik Zaqatala həm də tarixi məkanları ilə tanınır. Buradakı qədim qala və məbədlərin... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Zaqatala
Zaqatala

Zaqatala

Azərbaycanın multikultural dəyərlərə sahib bölgələrindən biri olan Zaqatala tarixi abidələrin zənginliyi və bir çox maraqlı kulinariya sirləri ilə seçilir. Daha ətraflı

Şimal-qərb marşrutu
Şimal-qərb marşrutu

Şimal-qərb marşrutu

Böyük Qafqaz dağlarının cənub yamacı boyunca uzanan bu gözoxşayan marşrutla qədim səyyah və tacirlərin izi ilə gedəcəksiniz. Daha ətraflı

xəbər bülletenimizə abunə olun