şərq üslubundamüasir bazar
İnşasına 1980-ci ildə start verilən Şərq Bazarı məşhur memarlar – Uruzmaq Revazov və Pavel Yarinovski layihəsi əsasında iki mərhələdə tikilmiş və 1982-ci ildə təhvil verilmişdir. Bu tikili fərqli arxitekturasına görə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına əlavə edilmişdir. Kompleks 3-ü böyük, 13-ü kiçik olmaqla 16 günbəzdən ibarətdir. 2022-ci ildə həyata keçirilən əsaslı yenidənqurmadan sonra kompleks öz qapılarını yenidən ziyarətçilər üçün açıb. Məkana qədəm qoyan hər bir qonaq elə ilk andan özünü Bakı şəhərinə xas qədimlik və müasirlik vəhdətində hiss edəcək.
Bərpa zamanı kompleksin ilkin konsepsiyanın qorunması və xüsusi elementlərin saxlanılmasına xüsusi diqqət yetirilib. Girişdə kiril əlifbası ilə yazılmış orijinal yazının latın əlifbasına dəyişdirilib. Bənzər toxunuşlar kompleksin demək olar ki, hər addımında hiss olunur.
Kompleksdə tez-tez əl işləri yarmarkaları, eləcə də ziyarətçilərə maraqlı masterklaslar keçirilir. Həmçinin burada Şərq ab-havasını tamamlayan “Sharg Restaurant”, “Bazar Turkish Cuisine”, türk qəlyanaltıları ilə tanınan “Gusto Gurme” və “ZAFAR” kofeşopu daxil olmaqla, çoxsaylı kafe və restoranlar var. Bu məkanlarda bəzən ictimai tədbirlər, musiqi və xeyriyyə təşəbbüsləri də baş tutur.
Ətraflı məlumat üçün:
- Ünvan: Xətai prospekti 15, Bakı
- İş qrafiki: Hər gün 10:00-22:00