Xizək sürmək, alpinizm və daha nələr
Qusar Azərbaycanın şimal-şərqində yerləşir və Dağıstanla həmsərhəddir. Ərazisinin əksəriyyəti valehedici dağlardan ibarətdir. Adını hündürlüyü 4243 metr olan məşhur Şahdağ zirvəsindən alan Azərbaycanın ilk dağ-xizək kurortu – “Şahdağ” Turizm Mərkəzi Qusarda yerləşir. Yaxınlıqda isə saatlarla haykinq etmək istəyənlər üçün gözoxşayan mənzərələrlə əhatə olunmuş gözəl Laza kəndi yerləşir. Yerli əhalinin əksəriyyətini Qafqaz dağlarında yaşayan ləzgilər təşkil edir. Onların ənənəvi mətbəxini də dadmağa dəyər.