Kamil ƏliyevinQızılı Xalçalar Qalereyası
Kamil Əliyev çoxşaxəli və orijinal üslubu ilə qədim xalçaçılıq sənətimizin qorunmasına və inkişafına öz mühüm töhfələrini vermiş sənətkarlardan biridir. Onun yaradılıcılıq diapazonuna çoxsaylı portret, eləcə də zəngin ornamental xalçalar, zərgərlik məmulatları, saysız-hesabsız eskizlər, yüzlərlə məqalə, dünyada xalçalar haqqında onlarla sənədli film və kitablar daxildir.
Sənətkarın Bakının tam mərkəzində yerləşən ev-muzeyinə baş çəkərək onun bir çox əsərləri, həmçinin milli xalçaçılıq sənəti ilə yaxından tanış olmaq olar. Bir vaxtlar xalq rəssamının yaşadığı otaq xüsusi işıqlandırma ilə təchiz edilmiş üç böyük zaldan ibarətdir. Sərgidə 24 ornamental xalça, ədəbiyyat və incəsənət xadimlərinə həsr olunmuş 7 portret-xalça, xalçaların toxunduğu 23 akvarel eskiz təqdim olunur. Eksponatlarla yanaşı, Kamil Əliyevin şəxsi əşyaları, arxiv fotoşəkilləri, həyat və yaradıcılıq irsini əks etdirən kitablar da nümayiş olunur. Rəssamın şəxsi əşyaları arasında fil sümüyündən hazırlanan çərçivəli güzgü, eləcə də Türkiyənin keçmiş prezidenti Turgut Özalın ona hədiyyə etdiyi naxışla bəzənmiş vaza xüsusi diqqət cəzb edir.
Ekskursiya təxminən 50 dəqiqəyə yaxındır və sonda ətirli çay ilə milli şirniyyatlardan dadmaq təklif olunur.
Ətraflı məlumat üçün:
- Ünvan: Xəqani küçəsi 18
- İş qrafiki: Bazar ertəsi – Bazar 11:00 – 19:00
- Tel.: +99455 555 59 59