dağ balının ünvanıLəkit Bal Evi
Belə bir deyim var ki, bal min bir dərdin dərmanıdır. Bu təbiət möcüzəsi müalicəvi xüsusiyyətləri ilə Azərbaycanın istənilən regionunda hər kəsin istifadə etdiyi qiymətli bir məhsuldur. Bir-birindən fərqli bal növlərini dequstasiya etmək üçün Ləkit Bal Evi ilkin seçiminiz olsun, çünki burada sizi başqa bir təcrübə gözləyir.
Qax rayonunun Ləkit kəndi yaxınlığında yerləşən bu arıçılıq təsərrüfatı şimal-qərb regionunda digər bir möhtəşəm aqroturizm təcrübəsidir. 2012-ci ildə yaradılan bu ailə təsərrüfatında bal, arı südü, propolis, çiçək tozu, mum, baxım kremi və bal əsasında geniş çeşiddə məhsullar istehsal edilir və buradan çıxan bütün məhsullar “Honey House” brendi altında satışa çıxarılır. Kompleks ərazisində balın keyfiyyətini müəyyən etmək üçün laboratoriya da mövcuddur. Gələcək arıçıları maarifləndirmək missiyasının bir hissəsi olaraq burada, həmçinin arıçılıq emalatxanaları, hətta regionun arıçılıq tarixinə həsr olunmuş açıq səma altında muzey təşkil yaradılıb.
Bal Evində mütəxəssisi müşayiəti ilə aparılan ekskursiya ilə yanaşı, balın hazırlanması üzrə masterklaslara da qoşula bilərsiniz. Gəzinti zamanı Qafqaz dağ balının istehsalında öz yerini saxlayan yerli arıçılıq ənənələri haqqında öyrənəcək və bu ənənələrin məhsulu olan balın dadına baxa biləcəksiniz. Təsərrüfatın ərazisində kiçik bir göl də var ki, ətrafında oturub saatlarla təbiətin dincliyindən zövq almaq olar.
Ətraflı məlumat üçün:
- Ünvan: Ləkit kəndi, Qax rayonu
- Tel.: +99455 445 45 40
Ekskursiya ödənişsizdir.