şərabçılıq sənəti SAVALAN-ASPI Şərab Muzeyi

SAVALAN-ASPI Şərab Zavodu Azərbaycan şərabçılıq mədəniyyətinin həqiqi incisi olan bənzərsiz Şərab Muzeyinə ev sahibliyi edir.

AzərbaycanGinnesin Rekordlar Kitabında

şərabçılıq sənətiSAVALAN-ASPI Şərab Muzeyi

Burada müasir texnologiyalarla harmonik vəhdət təşkil edən şərabçılıq ənənələrinin tarixini kəşf etmək, interaktiv sərgilərə qoşulmaq və şərab dequstasiyasından zövq almaq istəyənlər üçün unikal mühit təqdim edilir. Muzeydə sərgilənən əsas eksponatlardan biri böyüklüyünə görə Ginnesin Rekordlar Kitabına daxil edilmiş, palıd ağacından hazırlanmış şərab çəlləyidir. İtalyan şirkəti Garbelotto tərəfindən yaradılmış bu mühəndislik nümunəsi, təxminən 90,000 butulkaya bərabər olan 66,579 litr şərab tutumuna malikdir. Belə nəhəng bir çəlləyin hazırlanması üçün ağacın gücünün və dayanıqlılığının yoxlanması 5 il çəkib.

Çəlləyin doldurulma prosesi özlüyündə tarixi hadisəyə çevrildi və Birləşmiş Krallıqdan gələn Ginnesin Rekordlar Kitabı rəsmisinin marağına səbəb oldu. Bütün bunlar yalnız texniki nailiyyətləri deyil, eyni zamanda Azərbaycanın şərabçılıq sahəsindəki hədəflərini da əks etdirir.

Muzeydə, həmçinin qədim qabların və artefaktların surətləri, şərabçılığın inkişaf yolunu əks etdirən 9 metr uzunluğunda interaktiv panel, eləcə də 20-ci əsrin əvvəllərinə aid şərab etiketləri kolleksiyası nümayiş olunur. Üzüm yetişdirmə, butulka, çəllək və tıxac hazırlama proseslərinə, eləcə də şərab istehsalının sirlərinin öyrənilməsinə xüsusi diqqət yetirilir.

İnteraktiv sərgilər arasında WineSmell Interactive də var. Burada ziyarətçilər Savalan şərablarının fərqli aromalarını kəşf edə bilərlər. Muzeydə sərgilənən təqvim vasitəsilə şərabçıların işinin mövsümi mərhələləri nümayiş etdirilir. Səs effektləri və multimedia qurğuları isə Azərbaycan şərabçılıq bölgələrinin ab-havasını yaradır və ziyarətçilərin bu qədim sənətlə yaxından tanışlığına imkanı verir.

QALEREYA

Şərab tarixini Ginnesin Rekordlar Kitabı miqyasında ortaya çıxarın

xəritədə bax

xəbər bülletenimizə abunə olun