Zaqatalada ötən əsrlərə səyahət

Gözəl təbiətə malik Zaqatala həm də tarixi məkanları ilə tanınır. Buradakı qədim qala və məbədlərin qalıqları bu multikultural rayonun bənzərsiz mənzərəsinə ayrı rəng qatır.

Zaqataladaötən əsrlərə səyahət

Əsrarəngiz təbiəti, gözoxşayan mənzərələri ilə seçilən Zaqatalada ziyarət olunası tarixi məkanlar da az deyil. Bunlardan biri və ən məşhuru XIX əsrdə Azərbaycanın şimal-qərbini işğal edən rusların hərbi qarnizon yerləşdirmək məqsədilə 1830-cu illərdə inşa etdiyi böyük qaladır. Qala sonrakı illərdə Rusiya İnqilabını uğurla əks etdirən “Potyomkin zirehli gəmisi”nin qiyamçılarının 1907-ci ildə həbs edildiyi yer kimi məşhurlaşdı. Hazırda qalanın divarlarından əlavə su anbarının qalıqları, tövlələr, barıt anbarı, toplar və mədəniyyət klubuna çevrilən keçmiş rus kilsəsi qalmışdır. Çar ordusunun bu qalada yerləşən qarnizonunun minlərlə zabitinin, əsgər və məhbusun aqibəti barədə öyrənmək istəyirsinizsə, turlara qoşulmaq tövsiyə olunur.

Bundan başqa, Zaqatala şəhərinin mərkəzi meydanındakı qala divarlarının altında V-VI əsrlərə aid başqa bir tarixi abidə gizlənib. Alban məbədinin qalıqları olan bu bina qırmızı kərpicdən yenidən tikilərək XIX əsrdə rus əsgərləri tərəfindən istifadə olunmuşdur. Məbədin geniş sütunlu və üçmərtəbəli zalı zəng qülləsi ilə tamamlanır. Zaqatalanın maraqlı tarixi haqqında daha çox öyrənmək üçün Heydər Əliyev prospektində yerləşən tarix-diyarşünaslıq muzeyinə üz tutun.

Zaqatalada | ötən əsrlərə səyahət
QALEREYA

Zaqatalada ötən əsrlərə səyahət edin

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
2.7°C
Orta:
2.2 – 12°C / 36.0–53.6°F

Temperaturu hiss et

Hazırda:
1.7°C
Orta:
3.2 – 13.7°C / 37.8–56.7°F

Külək

Hazırda:
  • Əsasən günəşli və mülayim
  • Cənub
  • sürət 5.6 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Yaz, yay, payız

Zaqatalanın tarixi məkanları

Göstər:

Zaqataladadigər fəaliyyət növləri

Mənzərələri ilə ovsunlayan Qəbizdərə kəndi
Mənzərələri ilə ovsunlayan Qəbizdərə kəndi
Haykinq imkanları

Mənzərələri ilə ovsunlayan Qəbizdərə kəndi

Nə gözəldir şəhərin təlaşından uzaqda, yaşılın rəng-rəng çalarları arasında həm gəzib dolaşmaq, həm də dincəlmək.... Daha ətraflı

Zaqatalada forel balığı ovu
Zaqatalada forel balığı ovu
Kulinariya master-klasları

Zaqatalada forel balığı ovu

The Zagatala Trout Fish Farm is a special agritourism site in Azerbaijan’s lush North West... Daha ətraflı

“Qızılgüllər diyarı” Zaqatala
“Qızılgüllər diyarı” Zaqatala
Təbiət qoynunda istirahət

“Qızılgüllər diyarı” Zaqatala

Göz işlədikcə uzanan gül plantasiyaları və ətrini ciyərlərinizə çəkməkdən doymayacağınız qızılgül və lavandalar. Bura Bolqarıstan,... Daha ətraflı

Qəbizdərə – Honzoqor – Car marşrutu
Qəbizdərə – Honzoqor – Car marşrutu
İşarələnmiş marşrutlar

Qəbizdərə – Honzoqor – Car marşrutu

Marşrut Qəbizdərə kəndindən başlayır, Honzoqor yaylağında çoban alaçıqları arasından keçərək 3 tərəfi dağlarla əhatə olunmuş... Daha ətraflı

Car – Honzoqor – Qəbizdərə marşrutu
Car – Honzoqor – Qəbizdərə marşrutu
İşarələnmiş marşrutlar

Car – Honzoqor – Qəbizdərə marşrutu

Marşrut 3 tərəfi dağlarla əhatə olunmuş Car kəndindən başlayır, Honzoqor yaylağında çoban alaçıqları arasından keçərək... Daha ətraflı

Şimal-qərb bölgəsində dad dünyasına səyahət
Şimal-qərb bölgəsində dad dünyasına səyahət
Qida, içki və gecə həyatı

Şimal-qərb bölgəsində dad dünyasına səyahət

Şimal-qərb bölgəmizin mətbəxi çoxsaylı yemək çeşidi ilə seçilir. Burada unikal hazırlanma metoduna malik sürhüllünü dada... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Zaqatala
Zaqatala

Zaqatala

Azərbaycanın multikultural dəyərlərə sahib bölgələrindən biri olan Zaqatala tarixi abidələrin zənginliyi və bir çox maraqlı kulinariya sirləri ilə seçilir. Daha ətraflı

Şimal-qərb marşrutu
Şimal-qərb marşrutu

Şimal-qərb marşrutu

Böyük Qafqaz dağlarının cənub yamacı boyunca uzanan bu gözoxşayan marşrutla qədim səyyah və tacirlərin izi ilə gedəcəksiniz. Daha ətraflı

xəbər bülletenimizə abunə olun