fiziki və mənəvi rahatlıq"Hamambath" sağlamlıq və istirahət mərkəzində
Suyun canlandırıcı enerjisi olması, onun saflaşdırmaq xüsusiyyəti ilə bağlı inanclar türk-İslam mədəniyyətinin tərkib hissələrindən biridir. Buna görə də hamamlar qədim zamanlardan insanların həyatında mühüm rol oynayıb. Hamı bilir ki, isti hamam və sauna insan orqanizminin immunitetini qaldırır, xəstəliklərdən sonra zəifləmiş orqanizmə bərpa olunmağa kömək edir, hüceyrələrin yenilənməsini stimullaşdırır, virus və infeksiyalardan qoruyur və piyləri əridir. Amma bundan başqa, hamam və sauna insana stress, yorğunluq və gərginlikdən azad olmağa kömək edir. Və bu baxımdan hamam və saunadan istifadə nəinki sadəcə xeyirli, həm də həzz və relaksasiya bəxş edən bir istirahət növüdür.
Bakı şəhəri Şıxov qəsəbəsi, Salyan şosesi, 14 ünvanında yerləşən "Hamambath" sağlamlıq və istirahət mərkəzi ilin bütün fəsilləri fəaliyyət göstərərək, unikal istirahəti təqdim edir. Şərq, Slavyan və Avropa mədəniyyətlərinin ahəngi olan bu kompleks həm kişilər, həm də qadınlar üçün nəzərdə tutulmuş xidmət paketlərini təklif edir. Hamam sevərləri burada Fin saunasi, Rus və Ukrayna hamamı, Roma saunası, qar otağı, SPA zona və hətta açıq havada "təbii göl" gözləyir. “Hamambath” Sağlamlıq və İstirahət mərkəzinin göstərdiyi xidmətlər sırasına kisə, masaj, şah buxarlanması, duz vannası və tozağacı (bereza), süpürgə (palıd) prosedurları kimi digər xidmətlər daxildir.
Bundan başqa, "Hamambath" sağlamlıq və istirahət mərkəzinin ərazisində qonaqların rahatlığı üçün istifadəyə verilmiş geniş avtomobil dayanacağı mövcuddur. Üstəlik, kompleksin yaxınlığında yerləşən restoranda Avropa və milli mətbəxlərin təamlarından dadmaq olar. Onu da qeyd edək ki, "Hamambath" eyni anda 100 qonağa yüksək səviyyəli xidmət göstərmək imkanına malikdir.
Daha ətraflı məlumat üçün:
https://www.instagram.com/hamambath/?hl=ru
https://www.facebook.com/hamambathwellness
Tel.: +994 (50) 740 00 13