Müalicəvi neft vannaları ilə sağlamlığınızı bərpa edin
Dünyada yeganə müalicəvi neft yatağı olan Naftalan beynəlxalq əhəmiyyətə malik nadir kurort şəhəridir. Buradan çıxarılan nadir neft naften turşuları ilə zəngindir və ənənəvi sənaye əhəmiyyətli neftə oxşasa da, kimyəvi tərkibinin qeyri-adi olması onun xüsusi müalicəvi təsir göstərməsinə səbəb olur. Burada 5 ulduzlu hotellərlə yanaşı, sanatoriyalar da fəaliyyət göstərir.