Crescent Mallalış-verişin yeni ünvanı
“Crescent Mall”da 100-dən çox dünya brendinin mağazasını görə bilərsən. “Zara Home”, “Penelope”, “Superstep”, “Gant”, “Furla” və “Melissa” kimi markalar arasında Azərbaycanda ilk dəfə fəaliyyətə başlayanlar da var. Burada məşhur brendlərlə yanaşı, yeni adlarla tanış olmaq da mümkündür.
Alış-verişdən sonra gününü ləzzətli şam yeməyi ilə davam etdirə bilərsən. “Crescent Mall”da müxtəlif zövqlərə uyğun restoranlar səni gözləyir.
Terrasda yerləşən fəvvarə isə məkanın diqqətçəkən detalları arasındadır. Axşam saatlarında musiqi, işıq və suyun hərəkəti bir araya gələrək gözəl bir mənzərə yaradır. Bakıda alış-verişi, ləzzətli bir axşam yeməyi və axşam gəzintisini bir gündə birləşdirmək istəyirsənsə, “Crescent Mall”u marşrutuna əlavə et.
Əlavə məlumat üçün:
Ünvan: Bakı, Neftçilər prospekti, 66 - 68
Sayt: www.crescentmall.az

















.jpg)



























































