turizminformasiya mərkəzləri
Turizm İnformasiya Mərkəzləri Bakı şəhərini və Azərbaycanın regionlarını kəşf edən ziyarətçilərə etibarlı və qonaqpərvər dəstək göstərir. Burada görməli yerlər və mədəni təcrübələr, nəqliyyat, yerləşmə vasitələri eləcə də müxtəlif tədbirlər və praktiki səyahət məsləhətləri barədə məlumat əldə etmək mümkündür.
Turizm İnformasiya Mərkəzlərində göstərilən xidmətlər:
• Pulsuz xəritə və broşürlər
• Görməli yerlər, təcrübələr və ziyarət ediləcək məkanlar barədə məlumat
• Marşrutun planlaşdırılması üzrə dəstək
• İnternetə çıxış
• Suvenirlərin satışı (yalnız Nizami TİM və Qız Qalası TİM-də mövcuddur)
• İçərişəhər ərazisində yerləşən muzey və görməli yerlərə biletlərin satışı (yalnız Şirvanşahlar Sarayı TİM və Qız Qalası TİM-də mövcuddur)